Siyasət

İttifaq: “Yenilənmiş siyasi məhbus siyahısında 322 nəfərin adı var”

6 Oktyabr, 2026
43

sosial media

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq oktyabr ayı üçün Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin siyahısını yeniləyib. 

Yenilənmiş siyahıda 322 nəfərin adı var. Bu, ən son mayda yenilənən siyahıdan 6 nəfər azdır. 

Hesabata əsasən, son dörd ayda siyahıdakı 28 nəfərin həbs müddəti başa çatıb və azadlığa çıxıb. Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayev, işçi hüquqları fəalları Elvin Mustafayev və Ayxan İsrafilov, satirik şair İbrahim Xudayi və 19 inanclı fəal var. Lakin eyni dövrdə müxalifət və vətəndaş cəmiyyətinə mənsub bir sıra şəxslər və inanclı fəallar məhkum edilib.

Siyahıda yer alan məhbuslar 12 qrup üzrə qruplaşdırılıb.  

Siyahıya görə, həbsdə olan inanclı fəallar 178, siyasi partiya və vətəndaş cəmiyyəti üzvləri 46, jurnalist və blogerlər 31, "İmişli işi" üzrə məhkumlar 12, "Gəncə işi" üzrə məhkumlar 13, ömürlük həbsdə olanlar 12, "Tərtər işi" məhkumları 8, hüquq müdafiəçiləri 7, Avropadan deportasiya olunub həbs edilənlər 6, etnik azlıq fəalları 6, sülh fəalları 2, "Söyüdlü işi" məhkumları 2 nəfərdir. 

Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə heç kimin siyasi fikirləri və ya fəaliyyətinə görə həbs olunmadığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda korrupsiya barədə məlumat verənlərin mükafatlandırılması təklif olunur

6 Oktyabr 2026

sosial media

Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi ilə bağlı qanun layihəsi müzakirə olunub. APA yazır ki, qanun layihəsi oktyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, verilən məlumat təsdiqini tapdığı halda məlumat verən şəxsə təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödənilməsi nəzərdə tutulur. Mükafatın məlumatın təsdiqlənməsi barədə şəxsə məlumat verildikdən sonra 10 iş günü ərzində verilməsi təklif edilir. Layihədə məlumat verən şəxsin məxfiliyinin qorunacağı da qeyd olunur. Təklifə görə, mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz. Cinayət işi...
Siyasət

AXCP: "Partiya üzvü Anar Ərkivan saxlanılıb"

6 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Anar Ərkivanın oktyabrın 6-da saxlanıldığı bildirilir. Partiya üzvləri bu barədə sosial media vasitəsi ilə məlumat yayıblar.  Bildirilib ki, A.Ərkivan yaşadığı evdən zibil atmaq üçün çıxarkən 4-5 mülki geyimli şəxs tərəfindən saxlanılıb. AXCP fəalın zorla avtomobilə mindirilərək naməlum istiqamətə aparıldığını qeyd edib. Bildirilib ki, onun harada saxlanıldığı və hansı qurumun əməkdaşları tərəfindən aparıldığı hələ məlum deyil. Anar Ərkivan bu il iki dəfə polisə müqavimət və xırda xuliqanlıq ittihamları ilə inzibati qaydada həbs edilib. AXCP həmin həbslərin siyasi motivli olduğunu bildirib.  Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox üzvü həbsdədir. Həsb olunanlar ittihamları...

Seçilmiş Videolar

Toplum TV loqo