Siyasət

Latviyada Rusiyaya hərbi avadanlıq satmaqda ittiham olunan azərbaycanlıya 11 il həbs verilib

19 mart, 2026
114

Foto: LTV

Latviyada təhsil alan Azərbaycan vətəndaşı Əli Xəlilov Rusiyaya hərbi təyinatlı avadanlıqlar satmaqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Latviyanın “LTV” kanalının məlumatına görə, azərbaycanlıya qarşı "xarici dövlətin digər dövlətə qarşı fəaliyyətlərinə yardım etmək" və "qabaqcadan əlbir olan şəxslər tərəfindən beynəlxalq sanksiyaları pozmaq" maddələri ilə ittiham irəli sürülüb. 

Dövlət ittihamçısı Robert Urzdinş telekanala bildirib ki, bu işdə fərqli ölkələrdən bir neçə şəxs iştirak edib:

“Bu işdə çox sayda insan iştirak edib. Əlaqəli şəxslər Almaniya, Latviya və Rusiyada olub. Təşkilatlanmış qrupun əsas üzvləri isə Rusiyada yerləşib. Əhəmiyyətli məqam həm də odur ki, söhbət hərbi istifadəyə yararlı mallardan gedir”, - o deyib. 

Cinayət işində Xəlilovun əsas təşkilatçı olduğu iddia olunur. Onun saxta elektron hesablar yaratmaqla və başqa şəxslərin bank hesablarından istifadə etməklə "Starlink" cihazları sifariş etdiyi və Rusiyaya göndərdiyi bildirilir. 

Bundan əlavə, tələbənin hərbi məqsədlər üçün nəzərdə tutulmuş bel çantaları, gödəkçələr, hava şəraitini ölçən cihazlar, silah karkasları, optik nişangahlar, kalibrator və mərmi sürətini ölçən xronoqraflar da sifariş edib göndərdiyi deyilir. 

Əli Xəlilov isə ittihamları qəbul etmir. Hökm hələ qüvvəyə minmədiyinə görə, o, apellyasiya şikayəti verə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Abzas Media” beynəlxalq ifadə azadlığı mükafatına layiq görülüb

26 noyabr 2026

AbzasMedia

“Abzas Media” beynəlxalq “Index on Censorship” təşkilatının 2026-cı il ifadə azadlığı mükafatının jurnalistika kateqoriyasında qalib elan olunub. Bu kateqoriyada Azərbaycan nəşri ilə yanaşı, Gürcüstanın müstəqil media qurumlarını birləşdirən “Sinatle Media” şəbəkəsi və Ukraynanın regional nəşri “Vorskla” da mükafata namizəd göstərilmişdi. “Index on Censorship” jurnalistika mükafatını senzuranı və ifadə azadlığına qarşı təhdidləri üzə çıxaran, ictimai maraq doğuran araşdırmalar və materiallar hazırlayan media qurumlarına təqdim edir. Təşkilat “Abzas Media”nı Azərbaycanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdıran müstəqil nəşr kimi xarakterizə edib: “‘Abzas Media’nın redaksiyası Azərbaycandakı həbsxanalarla mühacirət arasında bölünüb. Bunların hər ikisi jurnalist fəaliyyəti üçün son dərəcə çətin şəraitdir. Lakin bu,...
Siyasət

Kartof-soğandan tutmuş kompüterə qədər hər şey uçota alınacaq: Məqsəd nədir?

25 noyabr 2026

ChatGbt

Gələn ildən Azərbaycanda həyətyanı təsərrüfatlarda yetişdirilən tərəvəzlərdən tutmuş evlərdəki planşetlərə qədər hər şey uçota alınacaq. Bu, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovun oktyabrın 13-də imzaladığı qərarda öz əksini tapıb. Qərara əsasən, yanvarın 1-dən ölkəboyu icra hakimiyyətlərinin ərazi dairələri üzrə nümayəndələri evləri bir-bir gəzərək sorğu aparacaq və ev təsərrüfatları barədə məlumatları qeydə alacaq. Uçota alınacaq məlumatlara ailə üzvlərinin siyahısı, otaqların sayı, evin kommunal xidmətlərlə təchizat səviyyəsi, avtomobillərin sayı və başqa məlumatlar daxildir.  Torpaq sahəsinə sahib olan sakinlər isə suvarma üsulundan tutmuş il ərzində yığdıqları meyvə-tərəvəzin çəkisinə qədər əksər məlumatları icra nümayəndəsinə açıqlamalıdır. Buraya təsərrüfatdakı texnikanın, eləcə də mal-qara, toyuq-cücə, arı ailəsi...

Seçilmiş Videolar

Toplum TV loqo