Siyasət

“Meydan TV işi”: Jurnalist sənədlərinin götürüldüyünü və zorakılığa məruz qaldığını deyir

27 Oktyabr, 2026
31

Meydan TV

Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
“Meydan TV”nin məlumatına görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi nəzərdə tutulsa da, bu, baş tutmayıb.
Təqsirləndirilən jurnalist Nurlan Libre (Qəhrəmanlı) Bakı İstintaq Təcridxanasında sənədlərinin götürüldüyünü və bunun müdafiə hüququnu məhdudlaşdırdığını bildirib. O, sənədləri yanında olmadığından şahidlərə sual verə bilməyəcəyini deyərək onların dindirilməsinə etiraz edib.
Jurnalistin sözlərinə görə, oktyabrın 18-də saxlanıldığı kamerada axtarış aparılıb. Bu zaman ittiham aktı və məhkəməyə hazırlıq üçün topladığı qeydlər də daxil olmaqla bütün sənədləri götürülüb.

Nurlan Libre iddia edib ki, sənədləri götürüldükdən sonra təcridxana rəisinin otağında fiziki zorakılığa məruz qalıb:
“İstintaq təcridxanasının rəisi Elnur İsmayılovun sifarişi ilə qaldığım kamerada ‘şmon’ elədilər, bütün sənədlərimi götürdülər - ittiham aktını, qeydlərimi. Sonra da Elnur İsmayılovun otağında zorakılığa məruz qaldım. Vəkilimi təhqir etdilər, mən də dözmədim, o ifadələri qaytardım. Ona görə döydülər”.
Jurnalist bundan sonra üç gün cərimə kamerasında (“kars”) saxlanıldığını deyib. Onun sözlərinə görə, kamera yoldaşı da cəzalandırılıb və beton döşəmədə yatmağa məcbur edilib.
“Adını qoydular ki, guya ‘şmona’ maneçilik törətmişəm, ona görə kars cəzası veriblər. Amma yalan idi. Hicabla bağlı yazdıqlarıma görə cəzalandırırdılar”, - Nurlan Libre əlavə edib.

O, sənədləri qaytarılmadan məhkəmədə özünü lazımi qaydada müdafiə edə bilməyəcəyini bildirərək prosesin təxirə salınmasını istəyib.
İclasda iştirak edən bir neçə vəkil də sənədlərin götürülməsinin təqsirləndirilən şəxsin müdafiə hüququna təsir etdiyini bildirib.
Proses zamanı həbsdə olan digər jurnalist Xəyalə Ağayeva da məhkəmə qərarının icra edilməməsinə etiraz edib.
“Məhkəmə olaraq siz mənim nikah bağlamaq barədə vəsatətimi təmin etmişdiniz. Lakin ASAN Xidmət qərarı icra eləmir”, - Xəyalə Ağayeva bildirib.

Hakim Zaur Hacıyev məhkəmənin bu barədə qərar qəbul etdiyini təsdiqləyib və vəkilin həmin qərar əsasında ASAN Xidmətə müraciət edə biləcəyini deyib.

“Meydan TV işi” üzrə növbəti məhkəmə iclası noyabrın 2-nə təyin olunub.

Bu iş üzrə 12 nəfər ittiham olunur. 2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument.az”ın baş redaktoru və “Meydan TV” ilə əməkdaşlıq edən Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da bu iş üzrə həbs ediliblər.
Onlar, əsasən, qaçaqmalçılıq olmaqla, bir neçə maddə üzrə ittiham olunurlar. Jurnalistlər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Serbiyanın dövlət televiziyası üzr istəyib: “İllərdir susmuşuq, birtərəfli məlumat vermişik”

27 Oktyabr 2026

sosial media

Serbiyada Aleksandar Vuçiçin siyasi qüvvəsinin parlament seçkilərində məğlub olmasından sonra Voyvodina Radio və Televiziyası (RTV) uzun illər hadisələri “birtərəfli işıqlandırdığına” görə tamaşaçılardan üzr istəyib. RTV-nin əsas xəbər buraxılışında aparıcı Qoran Eror bildirib ki, ictimai yayımçı illərdir öz funksiyasını lazımi şəkildə yerinə yetirməyib. “Susulub, göz yumulub, birtərəfli məlumat verilib, hadisələr tənqidsiz işıqlandırılıb. Lazımi suallar verilməyib, bəzi suallar isə ümumiyyətlə verilməyib. Buna görə tamaşaçılardan üzr istəməliyik”, – aparıcı deyib. Üzrxahlıq Novi Sadın Azadlıq meydanında “Tələbə siyahısı”nın seçki qələbəsinin qeyd olunmasından görüntülərin yayımlanmasından sonra səslənib. Eror deyib ki, bu kadrlar RTV-nin əvvəlki gecə tamaşaçılara təqdim etmədiyi görüntülərin yalnız bir hissəsidir. O əlavə edib...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Aclığı davam etdirsə, komaya düşə bilər”

27 Oktyabr 2026

sosial media

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova onun aclıq aksiyasını davam etdirdiyini və səhhətinin kritik olduğunu bildirib. G.Aslanovanın “Toplum TV”yə dediyinə görə, aksiyaya başlayarkən 52 kiloqram olan Polad Aslanov 9 kiloqram çəki itirib və hazırda 43 kiloqramdır. “Hər gün ondan qan analizi götürülür, təzyiqi yoxlanılır. Həkimlər qanında şəkərin miqdarının həddindən artıq aşağı olduğunu, aclığı davam etdirdiyi təqdirdə komaya düşə biləcəyini bildiriblər”, -G.Aslanova deyib. Onun sözlərinə görə, oktyabrın 26-da Ombudsman Aparatının əməkdaşları P.Aslanova baş çəkərək şikayətlərini dinləyiblər. G.Aslanovanın bildirdiyinə görə, jurnalist aclıq aksiyasını qızının və hicabına məktəblərdən uzaqlaşdırıldığı bildirilənləri müdafiə etmək məqsədilə başladığını söyləyib. “Mən qızımın, hicabına...

Seçilmiş Videolar

Toplum TV loqo