Polad Aslanovun həyat yoldaşı: “Aclığı davam etdirsə, komaya düşə bilər”
sosial media
“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova onun aclıq aksiyasını davam etdirdiyini və səhhətinin kritik olduğunu bildirib.
G.Aslanovanın “Toplum TV”yə dediyinə görə, aksiyaya başlayarkən 52 kiloqram olan Polad Aslanov 9 kiloqram çəki itirib və hazırda 43 kiloqramdır.
“Hər gün ondan qan analizi götürülür, təzyiqi yoxlanılır. Həkimlər qanında şəkərin miqdarının həddindən artıq aşağı olduğunu, aclığı davam etdirdiyi təqdirdə komaya düşə biləcəyini bildiriblər”, -G.Aslanova deyib.
Onun sözlərinə görə, oktyabrın 26-da Ombudsman Aparatının əməkdaşları P.Aslanova baş çəkərək şikayətlərini dinləyiblər.
G.Aslanovanın bildirdiyinə görə, jurnalist aclıq aksiyasını qızının və hicabına məktəblərdən uzaqlaşdırıldığı bildirilənləri müdafiə etmək məqsədilə başladığını söyləyib.
“Mən qızımın, hicabına görə təhsil hüququndan məhrum olunan bütün şagirdlərin, eləcə də məktəblərdən kənarlaşdırılan bütün müəllimlərin hüquqlarını müdafiə etmək üçün bu aclıq aksiyasına başlamışam və aksiyanı dayandırmaq fikrində deyiləm”, - Polad Aslanov bildirib.
Polad Aslanov Azərbaycan məktəblərində hicabla bağlı məhdudiyyətlərə etiraz olaraq oktyabrın 12-də saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.
G.Aslanovanın sözlərinə görə, həmin gün müəssisə rəisi Ramiq Nəsibovun qərarı ilə P.Aslanova 5 günlük cərimə kamerası (“kars”) cəzası verilib.
“Oktyabrın 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etap olunan Polad Aslanova verilən ‘kars’ cəzası hələ də davam edir. Lakin onun bu gün cərimə təcridxanasından çıxarılacağı bildirilib”, - jurnalistin həyat yoldaşı qeyd edib.
Polad Aslanov 2019-cu il iyunun 12-də həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirli bilinərək 13 il azadlıqdan məhrum olunub.
Jurnalist ittihamı qəbul etmir, peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirir.
Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərarla dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün geyim qaydaları təsdiqlənib. Qaydalarda hicabın qadağan olunduğu birbaşa qeyd edilməsə də, geyim formalarının dünyəvilik prinsipinə uyğun olması nəzərdə tutulur.
Oktyabrın 6-da isə müəllimlər üçün də analoji qərar qəbul edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Serbiyanın dövlət televiziyası üzr istəyib: “İllərdir susmuşuq, birtərəfli məlumat vermişik”
sosial media
“Meydan TV işi”: Jurnalist sənədlərinin götürüldüyünü və zorakılığa məruz qaldığını deyir
Meydan TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”