Serbiyanın dövlət televiziyası üzr istəyib: “İllərdir susmuşuq, birtərəfli məlumat vermişik”
sosial media
Serbiyada Aleksandar Vuçiçin siyasi qüvvəsinin parlament seçkilərində məğlub olmasından sonra Voyvodina Radio və Televiziyası (RTV) uzun illər hadisələri “birtərəfli işıqlandırdığına” görə tamaşaçılardan üzr istəyib.
RTV-nin əsas xəbər buraxılışında aparıcı Qoran Eror bildirib ki, ictimai yayımçı illərdir öz funksiyasını lazımi şəkildə yerinə yetirməyib.
“Susulub, göz yumulub, birtərəfli məlumat verilib, hadisələr tənqidsiz işıqlandırılıb. Lazımi suallar verilməyib, bəzi suallar isə ümumiyyətlə verilməyib. Buna görə tamaşaçılardan üzr istəməliyik”, – aparıcı deyib.
Üzrxahlıq Novi Sadın Azadlıq meydanında “Tələbə siyahısı”nın seçki qələbəsinin qeyd olunmasından görüntülərin yayımlanmasından sonra səslənib. Eror deyib ki, bu kadrlar RTV-nin əvvəlki gecə tamaşaçılara təqdim etmədiyi görüntülərin yalnız bir hissəsidir.
O əlavə edib ki, televiziya əməkdaşlarının bir qismi jurnalist və redaktorların sərbəst, etik prinsiplərə uyğun işləməsi üçün mübarizə aparıb.
“Təəssüf ki, bu mübarizədə vaxtında qalib gələ bilmədik. Amma inanırıq ki, bu mübarizəni davam etdirmək vacibdir”, - aparıcı qeyd edib.
Həmin gün Voyvodina ictimai yayımçısının Birinci televiziya proqramının rəhbəri vəzifəsini müvəqqəti icra edən Nenad Çaçiç istefa verib. Onun yerinə Blaşo Popoviç təyin olunub, proqram direktoru vəzifəsinə isə Predraq Novkoviç gətirilib.
RTV-nin baş redaktorunun dəyişdirilməsi “Müstəqillik” Həmkarlar İttifaqının bir il əvvəl irəli sürdüyü tələblərdən biri idi. Həmkarlar ittifaqı bu tələbi telekanalın peşəkar nüfuzunun zədələnməsi və hakimiyyətyönlü yayımı ilə əsaslandırmışdı.
Bu ilin iyulunda Macarıstanda da bənzər hadisə baş verib. Belə ki, 16 il hakimiyyətdə olmuş Viktor Orbanın partiyasının seçkilərdə məğlub olmasından sonra ölkənin əsas televiziya kanalı tamaşaçılardan üzr istəyib.
“İctimai media yalan danışmamalıdır. Uzun illər bunu etdiyimizə görə üzr istəyirik.”
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İctimai fəal polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir: "Həbslə hədələnirəm"
Portağal Media
IDI hesabat yayıb: “Toplum TV işi” üzrə məhkəmə prosesi ciddi ədalətsizliklərlə müşayiət olunub
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”