Siyasət

Serbiyanın dövlət televiziyası üzr istəyib: “İllərdir susmuşuq, birtərəfli məlumat vermişik”

27 Oktyabr, 2026
14

sosial media

Serbiyada Aleksandar Vuçiçin siyasi qüvvəsinin parlament seçkilərində məğlub olmasından sonra Voyvodina Radio və Televiziyası (RTV) uzun illər hadisələri “birtərəfli işıqlandırdığına” görə tamaşaçılardan üzr istəyib.
RTV-nin əsas xəbər buraxılışında aparıcı Qoran Eror bildirib ki, ictimai yayımçı illərdir öz funksiyasını lazımi şəkildə yerinə yetirməyib.

“Susulub, göz yumulub, birtərəfli məlumat verilib, hadisələr tənqidsiz işıqlandırılıb. Lazımi suallar verilməyib, bəzi suallar isə ümumiyyətlə verilməyib. Buna görə tamaşaçılardan üzr istəməliyik”, – aparıcı deyib.
Üzrxahlıq Novi Sadın Azadlıq meydanında “Tələbə siyahısı”nın seçki qələbəsinin qeyd olunmasından görüntülərin yayımlanmasından sonra səslənib. Eror deyib ki, bu kadrlar RTV-nin əvvəlki gecə tamaşaçılara təqdim etmədiyi görüntülərin yalnız bir hissəsidir.

O əlavə edib ki, televiziya əməkdaşlarının bir qismi jurnalist və redaktorların sərbəst, etik prinsiplərə uyğun işləməsi üçün mübarizə aparıb.
“Təəssüf ki, bu mübarizədə vaxtında qalib gələ bilmədik. Amma inanırıq ki, bu mübarizəni davam etdirmək vacibdir”, - aparıcı qeyd edib.

Həmin gün Voyvodina ictimai yayımçısının Birinci televiziya proqramının rəhbəri vəzifəsini müvəqqəti icra edən Nenad Çaçiç istefa verib. Onun yerinə Blaşo Popoviç təyin olunub, proqram direktoru vəzifəsinə isə Predraq Novkoviç gətirilib.
RTV-nin baş redaktorunun dəyişdirilməsi “Müstəqillik” Həmkarlar İttifaqının bir il əvvəl irəli sürdüyü tələblərdən biri idi. Həmkarlar ittifaqı bu tələbi telekanalın peşəkar nüfuzunun zədələnməsi və hakimiyyətyönlü yayımı ilə əsaslandırmışdı.

Bu ilin iyulunda Macarıstanda da bənzər hadisə baş verib. Belə ki, 16 il hakimiyyətdə olmuş Viktor Orbanın partiyasının seçkilərdə məğlub olmasından sonra ölkənin əsas televiziya kanalı tamaşaçılardan üzr istəyib.
“İctimai media yalan danışmamalıdır. Uzun illər bunu etdiyimizə görə üzr istəyirik.”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Aclığı davam etdirsə, komaya düşə bilər”

27 Oktyabr 2026

sosial media

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova onun aclıq aksiyasını davam etdirdiyini və səhhətinin kritik olduğunu bildirib. G.Aslanovanın “Toplum TV”yə dediyinə görə, aksiyaya başlayarkən 52 kiloqram olan Polad Aslanov 9 kiloqram çəki itirib və hazırda 43 kiloqramdır. “Hər gün ondan qan analizi götürülür, təzyiqi yoxlanılır. Həkimlər qanında şəkərin miqdarının həddindən artıq aşağı olduğunu, aclığı davam etdirdiyi təqdirdə komaya düşə biləcəyini bildiriblər”, -G.Aslanova deyib. Onun sözlərinə görə, oktyabrın 26-da Ombudsman Aparatının əməkdaşları P.Aslanova baş çəkərək şikayətlərini dinləyiblər. G.Aslanovanın bildirdiyinə görə, jurnalist aclıq aksiyasını qızının və hicabına məktəblərdən uzaqlaşdırıldığı bildirilənləri müdafiə etmək məqsədilə başladığını söyləyib. “Mən qızımın, hicabına...
Siyasət

“Meydan TV işi”: Jurnalist sənədlərinin götürüldüyünü və zorakılığa məruz qaldığını deyir

27 Oktyabr 2026

Meydan TV

Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. “Meydan TV”nin məlumatına görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi nəzərdə tutulsa da, bu, baş tutmayıb. Təqsirləndirilən jurnalist Nurlan Libre (Qəhrəmanlı) Bakı İstintaq Təcridxanasında sənədlərinin götürüldüyünü və bunun müdafiə hüququnu məhdudlaşdırdığını bildirib. O, sənədləri yanında olmadığından şahidlərə sual verə bilməyəcəyini deyərək onların dindirilməsinə etiraz edib. Jurnalistin sözlərinə görə, oktyabrın 18-də saxlanıldığı kamerada axtarış aparılıb. Bu zaman ittiham aktı və məhkəməyə hazırlıq üçün topladığı qeydlər də daxil olmaqla bütün sənədləri götürülüb. Nurlan Libre iddia edib ki, sənədləri götürüldükdən sonra təcridxana rəisinin otağında fiziki zorakılığa...

Seçilmiş Videolar

Toplum TV loqo