Siyasət

“QHT işi”: Asəf Əhmədov barəsində 8 illik həbs hökmü qüvvədə saxlanılıb

2 Sentyabr, 2026
32

sosial media

Sentyabrın 1-də Gəncə Apellyasiya Məhkəməsi “QHT işi” üzrə həbsdə olan ictimai fəal Asəf Əhmədov barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Bu barədə ictimai fəalın həyat yoldaşı Xalidə Əhmədova məlumat yayıb.
O, apellyasiya instansiyasının qərarını ədalətsiz adlandırıb və birinci instansiya məhkəməsində yol verildiyini bildirdiyi hüquq pozuntularının nəzərə alınmadığını deyib.

Müdafiə tərəfinin etirazlarından biri Əhmədovun ittiham olunduğu maddələrdən biri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatması ilə bağlı olub. Xalidə Əhmədova bildirib ki, buna baxmayaraq, həmin maddə üzrə çıxarılan hökm də qüvvədə saxlanılıb.
“Asəf Əhmədovla birlikdə 1 il 5 aydır məhkəməyə getsəm də, mən məhkəmə görmədim”, - deyə o bildirib.

Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov iyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsində səsləndirdiyi son sözündə ittihamları rədd edib:
“Mən tarixçi olduğum üçün bu zalda baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduqlarım bu gün mənim başıma gəlir. Aylardır bu zalda gedən proseslərdən və qarşınızdakı materiallardan nələrin baş verdiyi sizə də, mənə də, elə prokurora da aydındır. Ortada hər hansı cinayət yoxdur. Məqsəd vətəndaş cəmiyyəti üçün nəsə etmək istəyən bir insanı susdurmaqdır. Sokratı da vaxtilə fərqli düşündüyünə görə ittiham edib mühakimə etmişdilər. Bu gün onu mühakimə edən vəzifə sahiblərini heç kim xatırlamır, amma Sokratın irsi yaşayır, insanlar onu hələ də oxuyur və tanıyırlar. Hüseyn Cavidi və onlarla ziyalımızı da məhz belə qondarma ittihamlarla, sadəcə düşüncələrinə görə mühakimə etmişdilər. O dövrün müstəntiqləri və prokurorları qalib gəldiklərini düşünürdülər. Ancaq tarix həmin qərarları verənləri bağışlamadı. Ədalət gec də olsa öz yerini tapdı və tapacaqdır”.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. İş çərçivəsində bir sıra vətəndaş cəmiyyəti nümayəndələri həbs olunub, 10-a yaxın şəxs barəsində isə həbsə alternativ qətimkan tədbirləri seçilib. Bəzi təqsirləndirilən şəxslərin məhkəməsi davam edir, bəziləri barəsində isə artıq hökm çıxarılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

ABŞ-nin “Comstock” şirkəti borcunu azaltmaq üçün aktivlərini SOCAR-a satır

2 Sentyabr 2026

sosial media

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin təbii qaz istehsalçısı “Comstock Resources” şirkətinin Haynesville hövzəsindəki aktivlərində pay almağa hazırlaşır. “Reuters”in sentyabrın 1-də yaydığı məlumata görə, razılaşmanın ümumi dəyəri 1,65 milyard dollar təşkil edir.  Razılaşmaya əsasən, SOCAR “Comstock”un “Legacy Haynesville” aktivlərindəki payının 20 faizini, “Western Haynesville” aktivlərindəki payının isə 15 faizini əldə edəcək. Bundan başqa, Azərbaycan şirkəti “Pinnacle Gas Services”də “Comstock”a məxsus 73 faizlik payın 15 faizinə sahib olacaq.  Tərəflər sövdələşməni 2026-cı ilin sonunadək yekunlaşdırmağı planlaşdırırlar. “Comstock” əldə olunacaq vəsaiti əsasən borclarının azaldılmasına yönəltmək niyyətindədir. Şirkətin hesablamasına görə, əməliyyatdan sonra iyunun 30-na 3,1 milyard dollar olan pro-forma xalis borc təxminən 1,5 milyard...
Siyasət

Prokuror Hafiz Həsənova 9 il həbs cəzası istəyib 

2 Sentyabr 2026

sosial media

“QHT işi” üzrə ittiham olunan, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. APA xəbər verir ki, sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Hafiz Həsənova 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini, lakin cəzanın 5 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmasını təklif edib. Hafiz Həsənov son söz üçün vaxt istəyib. Növbəti proses 16 sentyabrda baş tutacaq. Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və...

Seçilmiş Videolar

Toplum TV loqo