Dünya

Almaniya dron hücumuna cavab olaraq Rusiya konsulluğunu və “Rus Evi”ni bağlayacaq

2 Sentyabr, 2026
16

sosial media

Almaniya Rusiyanın Bonndakı konsulluğunu və Berlində fəaliyyət göstərən “Rus Evi”ni bağlamaq qərarına gəlib.
Qərar avqustun 4-də Leypsiq hava limanı yaxınlığında partlayıcı daşıyan dronla bağlı insidentdən sonra qəbul edilib. Almaniya hakimiyyəti hadisənin arxasında Rusiyanın dayandığını bildirir.
Bundan sonra Rusiyanın Almaniyada yalnız Berlindəki konsulluğu fəaliyyət göstərəcək.

Almaniya, həmçinin Rusiya vətəndaşlarının ölkəyə girişinə sərhəd nəzarətini sərtləşdirəcək.
Bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohann Vadeful açıqlama veriblər.

Dobrindtin sözlərinə görə, Rusiyanın insidentlə əlaqəsi dronun parametrlərinin və bəzi komponentlərinin araşdırılması əsasında müəyyən edilib. Bildirilir ki, həmin komponentlər daha əvvəl digər hibrid hücumlarda da istifadə olunub.

Partlayıcı daşıyan dron avqustun 4-nə keçən gecə Leypsiq-Halle hava limanı yaxınlığında zərərsizləşdirilib.

İddialara görə, dron Ukraynaya məxsus An-124 yük təyyarəsini hədəfə almağa çalışıb. Təyyarənin Ukrayna üçün silah daşıdığı ehtimal olunur. Lakin Almaniya və Ukrayna rəsmiləri təyyarədə silah olduğunu təsdiqləməyiblər.

Daha sonra hava limanının yaxınlığında ikinci pilotsuz uçuş aparatı aşkarlanıb.
NATO-nun baş katibi Mark Rütte insidentlə əlaqədar alyansın Almaniya ilə həmrəy olduğunu bildirib. Avropa Komissiyasının sədri Ursula von der Leyen də Almaniyaya dəstəyini ifadə edib.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə bildirib ki, Rusiyanın hibrid əməliyyatları Avropa İttifaqını Ukraynaya dəstəkdən çəkindirməyəcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın konsulluğun və “Rus Evi”nin bağlanmasına cavab verəcəyini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Britaniya Rusiyaya qarşı sanksiyalardan yayınmaya görə cərimələri iki dəfə artırıb

1 Sentyabr 2026

açıq mənbə

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalardan yayınmaya görə cərimələri iki dəfə artırıb. Əvvəllər Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi İdarəsi sanksiyaların pozulmasına görə pozuntunun dəyərinin 50 faizi həcmində cərimə tətbiq edə bilirdi. Yeni qaydalara əsasən, bu hədd 100 faizə qaldırılıb. Britaniya hökuməti hesab edir ki, dəyişiklik sanksiyaların çəkindirici təsirini gücləndirəcək və məhdudiyyətlərə daha effektiv əməl olunmasına xidmət edəcək. Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London Rusiyaya iqtisadi təzyiqi artırmaqda davam edəcək: “Biz Putinə iqtisadi təzyiqi artırır və ona qanunsuz müharibəni aparmaqda kömək edənlərə gizlənmək imkanı vermirik. Böyük Britaniya və müttəfiqlərimiz sanksiyalardan yayınma hallarını aşkar etmək və Rusiyanın təcavüzünü maliyyələşdirən şəbəkələri dağıtmaq...
Dünya

ABŞ və İran bir aydan sonra ilk dəfə qarşılıqlı zərbələr endirib

31 Avqust 2026

sosial media

ABŞ İranın Larak adasında yerləşən iki raket buraxılış qurğusuna zərbə endirib. “Axios” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən yazır ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazına dəniz minaları yerləşdirməyə hazırlaşırdı. CENTCOM bildirib ki, ABŞ qüvvələri ötən həftə Hörmüz boğazındakı gəmiçilik marşrutlarının minalardan təmizlənməsini başa çatdırıb. Komandanlıq əməliyyatı “məhdud və dəqiq zərbələr” kimi xarakterizə edib və hədəfin birbaşa təhlükə yaradan SEPAH qüvvələri olduğunu açıqlayıb. Hücumdan sonra SEPAH bir neçə hərbçinin öldüyünü və yaralandığını bildirib və ABŞ-yə cavab veriləcəyini açıqlayıb. SEPAH-a yaxın “Tasnim” agentliyinin qeyri-rəsmi məlumatına görə, iki nəfər ölüb, iki nəfər yaralanıb. İran avqustun 31-də Larak adasına...

Seçilmiş Videolar

Toplum TV loqo