Siyasət

Paşinyan: “Ermənistandan Azərbaycana ixracla bağlı ilk müqavilə bağlanıb”

3 Sentyabr, 2026
30

sosial media

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsindən Azərbaycana məhsul ixracı ilə bağlı ilk ticarət müqaviləsinin bağlandığını deyib.

Baş nazir bunu sentyabrın 3-də hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, sövdələşmə faktiki olaraq baş tutsa da, şirkətlər daxili prosedurları hələ tamamlamayıblar.

“İlk sövdələşmə artıq baş tutub. Ancaq onun bütün mərhələlərinin tamamlanmasını və bundan sonra şirkətlərin özlərinin açıqlama verməsini istərdim. Bu, hökumətin açıqlamalı olduğu məsələ deyil. Biz belə sövdələşmələrin detallarını müzakirə etmirik”, - Paşinyan deyib.

Baş nazir hansı şirkətlər və məhsullardan söhbət getdiyini açıqlamayıb.

Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Azərbaycan şirkətlərinin Ermənistan şirkətlərindən məhsul alması barədə məlumat veriləcəyini bildirmişdi.

Azərbaycandan Ermənistana məhsul ixracına ötən ilin dekabrında başlanıb. İndiyədək Azərbaycan Ermənistana əsasən neft məhsulları ixrac edib.

Bu ilin martında Ermənistandan Azərbaycana 960 ABŞ dolları dəyərində qızılgül göndərilib. Lakin məhsulun mənşə ölkəsi Hollandiya olduğundan bu, Ermənistan istehsalı olan məhsulun ixracı sayılmayıb.

Bu ilin yanvarında Paşinyan Azərbaycan və Ermənistanın ixrac potensialı olan məhsulların siyahısını bir-birinə təqdim etdiyini bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Instagram” 14 gün sonra “Toplum TV”nin hesabını bərpa edib

3 Sentyabr 2026

Toplum TV

“Instagram” “Toplum TV”nin şikayətlə bloklanan hesabını bərpa edib. Platforma redaksiyanın etirazından sonra əqli mülkiyyət qaydalarının pozulmadığını müəyyən edib. “Toplum TV”nin “Instagram” hesabı avqustun 20-də müəllif hüquqlarının pozulması ilə bağlı şikayətlərdən sonra bloklanmışdı. Eyni dövrdə “Abzas Media”, “Azadlıq” qəzeti və mühacirətdə fəaliyyət göstərən digər Azərbaycan media qurumlarının sosial şəbəkə hesabları da oxşar şikayətlərlə üzləşmişdi. Media qurumları birgə bəyanat yayaraq bu şikayətləri koordinasiyalı hücum və müstəqil jurnalistikanı susdurmaq cəhdi kimi qiymətləndirmişdilər. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də baş verənlərdən narahatlığını ifadə etmiş, “Meta”nı avtoritar ölkələrdə mətbuatı senzura etmək məqsədilə məzmun moderasiyası mexanizmlərindən sui-istifadənin qarşısını almağa çağırmışdı. Mühacir Media Qurumları Şəbəkəsi (NEMO) isə “Meta”ya...
Siyasət

AXCP üzvünün vaxtından əvvəl azadlığa buraxılması tələbi rədd edilib

3 Sentyabr 2026

sosial media

Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin üzvü Elnur Həsənovun şikayətinə baxılıb. Bu barədə AXCP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Təzəxan Mirələmli sosial şəbəkədə məlumat yayıb. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Qaradağ Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Həsənov cəzasının üçdə iki hissəsini çəkdiyini əsas gətirərək vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə Penitensiar Xidmətin rəyinə əsaslanaraq müraciəti təmin etməmişdi. Məhkəmə prosesində çıxış edən E.Həsənov həbsinin siyasi olduğunu, vaxtından əvvəl azadlığa buraxılmaması ilə bağlı qərarları isə qərəzli hesab etdiyini bildirib. O deyib ki, cəzasının üçdə iki hissəsi tamamlandıqdan sonra ona...

Seçilmiş Videolar

Toplum TV loqo