sosial media
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazına öz adını verməyi təklif edib.
O, bu barədə sentyabrın 2-də sosial media hesabında paylaşım edib.
"Hörmüz boğazının ABŞ nəzarətində olduğunu nəzərə alsaq, adını ‘Tramp boğazı’na dəyişəkmi? Amerikanın özü kimi, o da heç vaxt olmadığı qədər populyar olardı!”, - o yazıb.
İran Hörmüz boğazını mart ayından bəri ABŞ və İsrailin birgə hücumlarına cavab olaraq əksər ölkələrin tankerlərinə bağlayıb. Boğaz vasitəsilə dünya üzrə neft və qaz tədarükünün təxminən beşdə biri həyata keçirilirdi.
Apreldə tərəflər arasında atəşkəs əldə olunsa və İran Hörmüz boğazını açmağa razılıq versə də, sonradan atəşkəs pozulub.
Trampın dəfələrlə Hörmüzün açıq olduğunu iddia etməsinə baxmayaraq, İran bunu təkzib edir. Son həftələrdə də dünya bazarlarında neftin qiymətində ucuzlaşma müşahidə olunmayıb.
Tramp ikinci prezidentlik müddətinə başlayandan bəri fərmanla bir sıra ərazilərin adlarını dəyişib. O, ötən ilin yanvarında Meksika körfəzinin adını ‘Amerika körfəzi’nə dəyişmişdi. Bu yaxınlarda isə Kanada ilə gərginlik fonunda Ontario gölünün adını ‘Amerika gölü’nə dəyişib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib
Luca Faz
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”