NEMO "Meta"nı Azərbaycandan olan müstəqil media orqanlarının şikayətlərini araşdırmağa çağırıb
Toplum TV
Mühacir Media Qurumlarının Şəbəkəsi (NEMO) "Meta"nı Azərbaycandan olan müstəqil media orqanlarının şikayətlərini araşdırmağa çağırıb.
Təşkilat yaydığı bəyanatda xatırladıb ki, bu yaxınlarda "Toplum TV" də daxil olmaqla bir sıra müstəqil media orqanlarının sosial media hesabları müəllif hüquqlarının pozulması iddiası ilə "Meta" tərəfindən bağlanıb.
NEMO "Meta"nı öz sistemlərindən müstəqil jurnalistikaya çıxışı məhdudlaşdırmaq üçün sui-istifadə edilməsinin qarşısını almağa çağırıb.
"Bu, NEMO üzvlərinin bu xarakterli kampaniyalarla ilk dəfə üzləşməsi deyil. Hazırda bir sıra üzvlərimiz "Meta" və ya "YouTube" platformalarında oxşar problemlərlə qarşılaşırlar. Bəziləri rəqəmsal hüquqların müdafiəsi ilə məşğul olan təşkilatlardan dəstək alsalar da, problem yenidən ortaya çıxmaqda davam edir. Çünki müəllif hüquqları ilə bağlı şikayətlər ya ayrı-ayrı insidentlər kimi nəzərdən keçirilir, ya da müstəqil jurnalistikanı məhdudlaşdırmağa yönəlmiş koordinasiyalı cəhdləri müəyyən edə bilməyən avtomatlaşdırılmış mexanizmlər vasitəsilə qiymətləndirilir", - təşkilat bildirib.
"Sosial media platformalarını bu məsələyə ciddi yanaşmağa və onların sistemlərinin informasiya əldə etmək imkanlarını məhdudlaşdırmağa çalışan avtoritar rejimlər tərəfindən sui-istifadə oluna biləcəyini nəzərə almağa çağırırıq. Müstəqil jurnalistika məhdudiyyətlərin hökm sürdüyü mühitlərdə yaşayan insanların fərqli mövqelərə və baxışlara çıxışını təmin etmək baxımından mühüm rol oynayır. Rəqəmsal platformalar öz sistemlərinin bu səsləri susdurmaq üçün alətə çevrilməməsini təmin etmək məsuliyyəti daşıyırlar. Bu problemin həlli üçün vaxt sabah və ya bir neçə ay sonra deyil - məhz indidir", - NEMO əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”