Siyasət

Putin: Azərbaycanla münasibətlərdə problemlər var

4 Sentyabr, 2025
278

Foto: AFP

Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabrından Azərbaycanla ölkəsi arasında gərginləşən münasibətlər haqda ilk dəfə danışıb. 

Çinə səfərinin yekununda rusiyalı jurnalistlərin önündə çıxış edən Putinə Azərbaycanla münasibətlər haqda sual verilib. 

Rusiya lideri münasibətlərdə problemlərin olduğunu etiraf edib. 

"Ölkələrarası münasibətlərdə hər zaman mövcud vəziyyətdən, siyasi konyunkturadan yaranan suallar olur. Problemlər var, amma bu gün prezident İlham Əliyevlə salamlaşdıq, iki-üç kəlmə danışdıq. Əsaslı münasibətlər və onları inkişaf etdirmək üçün olan qarşılıqlı maraq hər şeyi yerinə qoyacaq", - o deyib. 

Həmin gün 20-dən çox liderlə birgə hərbi parada baxmaq üçün Pekində olan Putinlə Əliyev ayaqüstü salamlaşıblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə liderlər arasında "substantiv ünsiyyət"in olmadığını bildirib. 

Rusiya və Azərbaycan arasında münasibətlər ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğramasından sonra pisləşib. Azərbaycan prezidenti İlham Əliyev təyyarənin Rusiya ordusu tərəfindən vurulduğunu iddia edib. 

Bu ilin iyununda isə Rusiyada azərbaycanlılara, ardınca Azərbaycanda rus vətəndaşlara qarşı reydlər və həbslər başlayıb. Rusiyanın Yekaterinburq şəhərindəki reyd zamanı iki azərbaycanlı öldürülüb. 

Əliyev "Əl-Ərəbiyyə"yə müsahibəsində azərbaycanlılara qarşı reydləri "xalqımıza qarşı misli görünməmiş hərəkət" adlandırıb. 

"Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik", - o bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

ABŞ Konqresinin komitəsi Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb

24 İyul 2026

NPS

İyulun 22-də səsə qoyulan qanun layihəsinin 44 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib. Qanun layihəsinin mətnində Azərbaycanda həbsdə olan ermənilərə "müharibə əsirləri və siyasi məhbuslar" deyə istinad olunub.  “Prezident Trampın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyi bir vaxtda erməni hərbi əsirlərinin və siyasi məhbusların azad edilməsi bu məqsədə nail olunması yolunda mühüm addım olardı", - qanun layihəsinin müəllifi, Demokratlar partiyasından olan konqresmen Bred Şerman komitəyə müraciətində deyib.  İyulun 24-də Milli Məclis qanun layihəsinin qəbulu ilə bağlı bəyanat yayıb. "Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud...
Siyasət

'Hürriyyət'in həbsdə olan baş redaktorunun ailəsi: “Səhhəti kritik vəziyyətə çatıb"

23 İyul 2026

hurriyyet.az

"Hürriyyət TV"-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətinin ağırlaşdığı bildirilir.  Qardaşı Cəsur Məmmədovun sosial media hesabında verdiyi məlumata görə, jurnalistin ürək xəstəliyi daha da ağırlaşıb və böyrək çatışmazlığı riski yaradıb. "Lazımi tibbi yardım və nəzarətin olmaması səbəbilə xəstəliyi hər keçən gün daha da ağırlaşaraq kritik vəziyyətə çatıb", - o əlavə edib.  C.Məmmədovun sözlərinə görə, iyulun 22-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında V.Məmmədovla görüşən ailə üzvləri onun ayaqlarının şişdiyini və sərbəst hərəkət edə bilmədiyini müşahidə ediblər.  "Bununla bağlı vəkili vasitəsilə Ədliyyə Nazirliyinə müraciət edilməsinə baxmayaraq, bugünədək Vüqar Məmmədov ciddi həkim nəzarətinə götürülməyib. Ona "belə məsləhətdir" deyilməsi ilə kifayətlənilərək, faktiki olaraq tibbi...

Seçilmiş Videolar

Toplum TV loqo