Siyasət

Saxlanıldığı gün ictimai fəala zorla narkotik maddə qatılmış maye içirildiyi deyilir

7 Fevral, 2025
194

Cəlal Cavadov/şəxsi arxiv

Saxlanıldığı gün Nəsimi Rayon Polis İdarəsində ictimai fəal Cəlal Cavadova zorla narkotik maddə qatılmış maye içirildiyi deyilir.

Bu barədə ictimai fəal Sezgin Rüstəmov Cəlal Cavadova istinadla məlumat yayıb.

“Cəlal Cavadov saxlanılan gün Nəsimi Rayon Polis idarəsində qabağına narkotik mayesi olan su qoyublar. Cəlal deyib ki, öldürsəniz də bunu içmərəm. Daha sonra polislər işgəncə verərək, zorakı şəkildə həmin mayəni ona içizdiriblər. Bir müddət keçdikdən sonra Cəlalın vəziyyəti pisləşib, onu gecə ilə “Semaşko”nun  (1 saylı Şəhər Kliniki Xəstəxanası) toksikologiya şöbəsinə aparıblar”, S.Rüstəmov yazıb.

C.Cavadov bildirib ki, heç bir günahı yoxdur: “Həbsinin səbəbi Meydan TV jurnalistlərinin həbsinə etiraz etməyidir. Hamıya salamı var”.

Rəsmi qurumlar hələki məsələyə münasibət bildirməyib.

Cəlal Cavadov yanvarın 30-da saxlanılıb. Bir gün sonra isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka həbs cəzası verilib.

İctimai fəal İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub.

Yaxınları ittihamı qəbul etmir, bələdiyyə seçkiləri zamanı seçki məntəqələrindən birində qutuya Meydan TV-nin həbsdə olan əməkdaşlarının fotosunu atdığına görə cəzalandırıldığını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Fazil Mustafaya sui-qəsd işi ilə bağlı daha bir nəfərə hökm oxunub 

13 Noyabr 2025

Foto: açıq mənbə

Milli Məclisin üzvü Fazil Mustafaya qarşı 2023-cü ildə baş vermiş sui-qəsd cəhdi ilə bağlı daha bir nəfərə hökm oxunub.  Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə Əbülfəz Səricanov 10 il azadlıqdan məhrum edilib.  Bu barədə onun yaxınları məlumat yayıb.  Ə.Səricanov Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham olunub. Özü isə ittihamla razılaşmır.  F.Mustafa 2023-cü il martın 28-də Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb. Hadisədən sonra beş nəfər həbs olunub. İttiham aktında iddia olunur ki, sui-qəsd planı İrandan sifariş olunub və...
Siyasət

Tramp: "ABŞ-də yetərincə istedadlı insan yoxdur, xaricdən gətirmək lazımdır"

13 Noyabr 2025

Foto: Guardian

ABŞ prezidenti Donald Tramp xaricilərə ölkəsində müvəqqəti işləməyə imkan verən "H-1B" vizalarını müdafiə edərək bildirib ki, bəzən xarici işçi qüvvəsinə ehtiyac var, çünki ABŞ-nin özündə “müəyyən istedadlar” yoxdur. Tramp bu fikirləri noyabrın 11-də "Fox News" telekanalına müsahibəsi zamanı səsləndirib. O, administrasiyasının bu tip vizaların verilməsini davam etdirməyə üstünlük verib-verməyəcəyi barədə sualı cavablandırarkən bildirib ki, ABŞ “istedadlı insanları ölkəyə gətirməlidir.” Jurnalist “Bizim kifayət qədər istedadlı insanlarımız var” dedikdə isə Tramp belə cavab verib: “Xeyr, bizdə bəzi istedadlar yoxdur. İnsanlar haradansa nəsə öyrənməlidirlər.” Prezident ABŞ-yə xaricdən investisiyaların cəlb edilməsini, o cümlədən avtomobil və süni intellekt sənayesini gücləndirəcək investisiyaları təşviq edib. Lakin o,...

Seçilmiş Videolar

Toplum TV loqo