Siyasət

Tramp ABŞ-nin NATO vasitəsilə Ukraynaya silah göndərəcəyini deyir 

11 İyul, 2025
48

Foto: Reuters

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ukraynaya silah tədarük edəcəyini bildirib. 

Tramp iyulun 10-da “NBC” telekanalına deyib ki, silahlar NATO vasitəsilə göndəriləcək və buna görə də, NATO ABŞ-yə silahlar üçün ödəniş edəcək. 

O, həmçinin, gələn bazar ertəsi Rusiya ilə bağlı “böyük bir anons” verəcəyini deyib, lakin detallarını açıqlamayıb. 

Reallaşacağı təqdirdə, bu, Trampın yanvarda vəzifəsinə başladıqdan bəri ilk dəfə prezident səlahiyyətlərindən istifadə edərək Ukraynaya silah göndərməsi olacaq. İndiyə qədər isə, ABŞ yalnız əvvəlki prezident Co Baydenin ayırdığı silahların göndərilməsini təmin edib. 

Tramp administrasiyasındakı mənbələrin “NBC”-yə verdiyi məlumata görə, ABŞ Ukraynaya göndəriləcək silahları öz ehtiyatlarından təmin edəcək. Bu proses prezidentə fövqəladə vəziyyətlərdə müttəfiqlərə yardım məqsədilə silah ehtiyatlarından istifadə imkanı verən səlahiyyətlər çərçivəsində baş tutacaq. 

Mənbələrdən biri göndəriləcək silahların dəyərinin təxminən 300 milyon dollar ola biləcəyini bildirib.

Tramp iyulun 8-də kabinet iclasında deyib ki, ABŞ Rusiyanın güclənən irəliləyişlərindən qorunmaq üçün Ukraynaya daha çox silah göndərəcək. 

O, həmçinin, Rusiya Prezidenti Vladimir Putini sülh prosesi üçün heç nə etmədiyinə görə kəskin tənqid edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

ABŞ Dövlət Departamenti: “Zəngəzur dəhlizi” təklifi haqda məlumatımız yoxdur 

11 İyul 2025

Foto: BBC

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın administrasiyasının Azərbaycan və Ermənistana “Zəngəzur dəhlizi”ni açdırmaq istəməsi xəbərinə münasibət bildirib.  Ermənistanın “Armenpress” xəbər agentliyinin yazılı sorğusuna cavab verən Dövlət Departamenti sözçüsü Temmi Brus bildirib ki, onlarda bu haqda informasiya yoxdur.  “Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin təşviqi səylərini dəstəkləyir”, - o əlavə edib.  Brus iyulun 10-da baş tutan brifinqdə də jurnalistin sualına cavab olaraq bu fikri səsləndirib.  “Biz, həmçinin, istinad edilən mətbuat xəbərlərini izləyirik və paylaşmaq üçün əlavə məlumatımız yoxdur. Ancaq bildiyiniz kimi, düşünürəm ki, Tramp administrasiyası və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir və onun kabinet iclasında söylədiyi fikirlər...
Siyasət

AP: Gürcüstan dövlət ələ keçirilməsinin qurbanıdır

10 İyul 2025

Foto: Reuters

Avropa Parlamenti iyulun 9-da Gürcüstanda “demokratik tənəzzülü və repressiyaları” qınayan qətnamə qəbul edib.  Qətnamədə Gürcüstan dövlətinin “bir qrup tərəfindən ələ keçirilməsinin qurbanı” olduğu bildirilir və ölkədə yeni parlament seçkilərinin keçirilməsinə çağırış edilir.  “Belə bir seçki təşkil olunana qədər, Avropa Parlamenti Gürcüstanın hazırkı birpartiyalı parlamentini və prezidentini tanımamaqda davam edəcək və Avropa İttifaqını (Aİ) və üzv dövlətləri “Gürcü Arzusu” partiyasının əsas nümayəndələrinə və ölkədə demokratik geriləməyə görə məsul olan şəxslərə qarşı ikitərəfli və koordinasiyalı şəxsi sanksiyalar tətbiq etməyə çağıracaq. Avropa Parlamentinin üzvləri həmçinin Aİ-nin Gürcüstana qarşı siyasətinin dərhal audit olunmasını və Avropa Komissiyasının Aİ–Gürcüstan Assosiasiya Sazişinin icrasını yenidən nəzərdən keçirməsini tələb...

Seçilmiş Videolar

Toplum TV loqo