kanal13
Avropa Parlamenti Prezidenti Roberta Metsola iqtisadçı Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatının təqdimetmə mərasimində iştirak etmək məqsədilə Strasburqa dəvət edib.
Turan xəbər verir ki, dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Amma ev dustaqlığında olan və Azərbaycandan çıxmasına qadağa qoyulan iqtisadçı dekabrın 18-də baş tutacaq təbdirə dəvəti qəbul edə bilmir.
Qubad İbadoğlu da Saxarov ‘Fikir Azadlığı’ Mükafatının finalçılarından biri olub. Bu il mükafat bu il Venesuela Demokratik Qüvvələrinin lideri Mariya Korina Maçadoya və ölkənin yeni seçilmiş prezidenti Edmundo Qonzalez Urrutiyaya verilib.
Saxarov Mükafatının təqdimetmə mərasiminin repressiv rejimlərdə insan haqlarını müdafiə edən İbadoğlu kimi şəxslərin mübarizəsinə diqqət çəkəcəyi gözlənilir.
Avropa Parlamentinin Prezidenti Metsola isə məktubunu Q. İbadoğlunun azadlığa çıxması və şəxsi görüş üçün ümidlərlə yekunlaşdırıb və Avropanın təzyiqlərə məruz qalanları dəstəkləmək öhdəliyini vurğulayıb.
Saxta pul hazırlamaqda və ekstremist dini ədəbiyyat yaymaqda ittiham olunan Q.İbadoğlu ötən ilin yayında həbs edilin, bu ilin aprelində ev dustaqlığna buraxılıb. Beynəlxalq qurumlar, Avropa İttifaqı İbadoğluna qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bəyan ediblər, onun azadlığıa buraxılmasını tələb ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
amerikanınsəsi
InterPress.ge
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?