Siyasət

JMK yenidən Əliyevi jurnalistləri azad etməyə çağırıb 

25 Noyabr, 2024
29

açıq mənbədən götürülüb

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi yenidən diqqəti Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə çəkib (Turan). 

Bu haqda X platformasında paylaşım edən Komitə 30 yaşını həbsxanada qarşılayan və yeni doğulan övladının üzünü görməyən Azadlıq Radiosunun jurnalisti Fərid Mehralızadənin həbsi üzərində xüsusi dayanıb. 

Onun iqtisadi mövzular, o cümlədən ölkənin neft iqtisadiyyatı və onun sosial- ekoloji təsiri üzrə tanınmış şərhçi olduğu, Azadlıq Radiosu üçün iqtisadi mövzularda yazılar hazırladığı bildirilir.

Yazıda vurğulanır ki, Fərid Mehralızadə Qərb donor təşkilatları tərəfindən maliyyələşmə ilə əlaqədar Abzas Media iş çərçivəsində həbs edilib, ona "valyuta qaçaqmalçılığı" və digər cinayətlər üzrə  ittihamlar irəli sürülüb. Amma onun heç vaxt adıçəkilən KİV-də çalışmadığı ayrıca qeyd edilir.

Komitə Azərbaycan Prezidenti İlham Əliyevi COP29-un başa çatması ərəfəsində Mehralızadəni və 10-dan çox jurnalisti azad etməyə çağırıb.

COP29 ərəfəsində və tədbir zamanı Azərbaycanda həbsdə olan jurnalistlərin,  fəalların azad edilməsi üçün beynəlxalq qurumlar dəfələrlə müraciət ediblər. Azərbaycan rəsmiləri isə həmin şəxslərin peşə fəaliyyətinə görə həbs edilmədiklərini, ölkədə söz, ifadə azadlığının təmin edildiyini bildiriblər.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Məhkəmə Fərid Mehralızadənin şikayətini təmin etmədi

25 Noyabr 2024

amerikanınsəsi

Noyabrın 25-də Xətai Rayon Məhkəməsi “Abzas Media işi” üzrə həbs edilmiş iqtisadçı Fərid Mehralızadənin şikayətinə baxıb. O, mənzilindəki axtarış zamanı və götürülmüş əşyalarına baxış prosesində istintaq orqanının hərəkətlərindən şikayət edib. Məhkəmə şikayəti təmin etməyib.  Mehralzadə iyunun 1-də qaçaqmalçılıq ittihamıyla həbs edilib, sonradan ittihamların sayı artırılıb, sentyabrın 6-da həbs müddəti dekabrın 19-dək uzadılıb. Özü ittihamları uydurma adlandırır.   
Siyasət

Yerevanda gürcüstanlı fəal Samirə Bayramovanı təyyarədən çıxmağa qoymayıblar

25 Noyabr 2024

InterPress.ge

Yerevanda Gürcüstan vətəndaşı, tanınmış ictimai fəal Samirə Bayramovanı təyyarədən çıxmağa qoymayıblar (https://t.me/jamnewsru/20490).  O, WAW aviaşirkətinin Tbilisiyə uçan, amma pis hava şəraitinə görə Ermənistan paytaxtına enmiş təyyarəsində olub. Bayramova  sosial şəbəkədəki paylaşımında yazıb ki, sərhədçilər ona “Problem sənin milliyyətindir” deyiblər.  “Biz niyə bu münaqişənin bir hissəsi olmalıyıq? Bu, Nikol Paşinyanın demokratik bəyanatlarına uyğun gəlmir”, o sual edir.  Sonrakı paylaşımında isə Bayramova bunları yazıb: “Bəzi azərbaycanlı təbliğatçılar bu barədə yazırlar, amma  təəssüf ki, Azərbaycan tərəfi də etnik ermənilərə belə münasibət göstərir. Sualımı təkrarlayıram: biz niyə bu problemin bir hissəsi olmalıyıq?”      

Seçilmiş Videolar

Toplum TV loqo