Siyasət

Məhkəmə “Meydan TV” jurnalistinin vəsatətini təmin etmədi

4 Fevral, 2025
130

Toplum TV

Bu gün Xətai rayon Məhkəməsi “Meydan TV”-nin jurnalist Ramin Dekonun (Cəbrayılzadə) ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. 

Müdaifə tərəfi Ramin Dekonun həbsdə saxlanılmasının əsassız olduğunu, jurnalist fəaliyyətinə görə həbs edildiyini bildirib.

Jurnalist ötən ilin dekabrında “Meydan TV işi” üzrə həbs edilib. Bu iş üzrə onunla yanaşı baş redaktor Aynur Elgünəş (Qənbərova), jurnalistlər Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov saxlanılıb. Onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinirlər. 

Onlar ittihamı rədd edir və siyasi sifariş əsasında həbsdə olduqlarını bildirirlər. 

Azərbaycan hakimiyyəti ölkədə siyasi mövqeyinə görə heç kimin təqib və ya təzyiqə məruz qalmadığını bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

AP: Gürcüstan dövlət ələ keçirilməsinin qurbanıdır

10 İyul 2025

Foto: Reuters

Avropa Parlamenti iyulun 9-da Gürcüstanda “demokratik tənəzzülü və repressiyaları” qınayan qətnamə qəbul edib.  Qətnamədə Gürcüstan dövlətinin “bir qrup tərəfindən ələ keçirilməsinin qurbanı” olduğu bildirilir və ölkədə yeni parlament seçkilərinin keçirilməsinə çağırış edilir.  “Belə bir seçki təşkil olunana qədər, Avropa Parlamenti Gürcüstanın hazırkı birpartiyalı parlamentini və prezidentini tanımamaqda davam edəcək və Avropa İttifaqını (Aİ) və üzv dövlətləri “Gürcü Arzusu” partiyasının əsas nümayəndələrinə və ölkədə demokratik geriləməyə görə məsul olan şəxslərə qarşı ikitərəfli və koordinasiyalı şəxsi sanksiyalar tətbiq etməyə çağıracaq. Avropa Parlamentinin üzvləri həmçinin Aİ-nin Gürcüstana qarşı siyasətinin dərhal audit olunmasını və Avropa Komissiyasının Aİ–Gürcüstan Assosiasiya Sazişinin icrasını yenidən nəzərdən keçirməsini tələb...
Siyasət

Saakaşvili: Rusiya Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşır 

8 İyul 2025

Foto: Getty Images

Həbsdə olan keçmiş Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiyanın Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşdığını deyib.  Bu barədə iyulun 8-də onun "Facebook" səhifəsindən paylaşılan bəyanatda qeyd olunub.  Saakaşvili Ukrayna hərbi kəşfiyyatının məlumatına istinad edərək deyib ki, Rusiya Azərbaycanla son gərginlik fonunda Ermənistanın Gümri şəhərindəki bazasını gücləndirir. "Bu, o demək ola bilər ki, Azərbaycanla yeni gərginliklər Kremlin tərəfindən süni şəkildə yaradılıb. Kremlin Yerevandakı Paşinyan hökumətini devirmək və onun yerinə Rusiyanın diktəsi ilə formalaşdırılmış yeni bir hökumət gətirmək, daha sonra isə bu hökuməti Azərbaycana qarşı hərbi əməliyyata cəlb etmək planı qurur", - siyasətçi iddia edib.  Saakaşvili Rusiyanın həm Ermənistana, həm də Azərbaycana...

Seçilmiş Videolar

Toplum TV loqo