Siyasət

Meydan TV-nin daha bir jurnalistinin vəsatəti təmin edilmədi

24 Yanvar, 2025
329

sosial media

Yanvarın 24-də Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aysel Umudovanın ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib (Turan). 

Onun vəkili Aqil Layıcın dediyinə görə, Umudova həbsdə saxlanılmasının əsassız olduğunu, jurnalist fəaliyyətinə görə həbs edildiyini bildirib.

Müdafiə tərəfi vəsatətin təmin edilməsini gözləmədiklərini, amma Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün bu prosedurlardan keçməli olduqlarını qeyd edib.

Ötən ilin dekabrında “Meydan TV işi” üzrə baş redaktor Aynur Elgünəş (Qənbərova), jurnalistlər Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə) və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov saxlanılıb, onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinirlər. 

Bu iş üzrə saxlanılanlar ittihamı rədd edir və siyasi sifariş əsasında həbsdə olduqlarını bildirirlər. 

Azərbaycan hakimiyyəti ölkədə siyasi mövqeyinə görə heç kimin təqib və ya təzyiqə məruz qalmadığını bildirir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

"Kərimə dövləti" qurmağa cəhddə ittiham olunan inanclı fəal aclıq edir

23 İyun 2026

Toplum TV

Həbsdə olan inanclı fəal İlkin Bağırovun aclıq aksiyası keçirdiyi bildirilir.  Bu barədə jurnalist Arzu Abdulla iyunun 23-də məhbusun ailə üzvlərinə istinadən məlumat yayıb. İ.Bağırovun üç gündür aclıq etdiyi və qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülmə qərarına etiraz etdiyi deyilir.  "Oğluma qarşı haqsızlıq bitmir ki, bitmir. Əvvəlcə 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürdülər. Köçürüldüyü gündən heç bir səbəb olmadan "kars"da (cərimə kamerası - red.) saxlanıldı. Qapalı tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi ilə bağlı məhkəmə təyin edildiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Məhkəmə 21 iyuna təyin edilmişdi. Məhkəməni İlkinin şəxsi işi itib deyə təxirə saldılar. Heç bir səbəb göstərilmədən, asayişi pozmaq bəhanəsi...
Siyasət

Ombudsmana zəngə görə həbs edilən şəxs Avropa Məhkəməsinə üz tutub

23 İyun 2026

Açıq mənbə

Həbsinə görə Ombudsman Aparatını ittiham edən Niyaməddin Aslanzadənin şikayəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsində kommunikasiya başlanılıb.  “Azadlıq Radiosu”nun xəbərinə görə, məhkəmə iş üzrə Azərbaycan hökumətinə sorğu ünvanlayıb. Niyaməddin Aslanzadə 7 ildir həbsdə olan jurnalist, “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun qardaşıdır.  Şikayətə əsasən, həmin dövrdə Polad Aslanov həbsxanada aclıq aksiyası keçirirdi və səhhətinin pisləşdiyi bildirilirdi. Niyaməddin Aslanzadə Ombudsman Aparatına dəfələrlə zəng edərək qurum nümayəndələrinin onun qardaşına baş çəkməsini xahiş etdiyini qeyd edir. O bildirir ki, müraciətlərinə cavab ala bilmədiyi üçün son telefon danışığında Ombudsman Aparatının əməkdaşlarını fəaliyyətsizlikdə ittiham edib və onları tənqid edib. Bir müddət sonra Ombudsman Aparatından Daxili İşlər...

Seçilmiş Videolar

Toplum TV loqo