Siyasət

Tramp İranla birbaşa danışıqlar aparılacağını deyib

8 Aprel, 2025
116

açıq mənbədən götürülüb

ABŞ və İran nüvə proqramı üzrə “birbaşa” danışıqlar aparacaq. 

Bunu ABŞ Prezidenti Donald Tramp aprelin 7-də Ağ Evdə İsrail Baş naziri Benjamin Netanyahunu qəbul edərkən jurnalistlərə deyib: 

“Şənbə günü onlarla böyük görüşümüz var. Birbaşa danışacağıq. Bəlkə də razılığa gələcəyik, bu, əla olardı”.

O əlavə edib ki, danışıqlar uğursuz olarsa, İranı “böyük təhlükə” gözləyir. 

Tramp görüşün detalları, hansı rəsmilərin iştirak edəcəyini açıqlamayıb. 

İran xarici işlər naziri Abbas Araqçı “X” səhifəsində görüşü təsdiqləyib və Omanda baş tutacağını deyib, lakin “birbaşa” aparılacağını inkar edib. 

“Bu bir imkan qədər həm də testdir. İndi top Amerikadadır”.

Martda Tramp İran ali lideri Seyid Əli Xameneiyə birbaşa danışıqlara başlamaq üçün məktub ünvanlamışdı.

İran Prezidenti Məsud Pezeşkian isə ABŞ İran üzərindən sanksiyaları götürənə qədər birbaşa danışıqlara gedilməyəcəyini demişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Sammitin Azərbaycanda keçirilməsi birliyin öz dəyərlərinə tüpürməsidir”

24 May 2025

Foto: president.az

"Avropa Siyasi Birliyi üçün demokratiya yalnız kağız üzərindədir" Avropa Siyasi Birliyinin (ASB) zirvə toplantılarına növbəti illərdə Azərbaycan və Ermənistan ev sahibliyi edəcək.  Bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta xəbər verib.  O, “X” səhifəsində bildirib ki, sammitə 2026-cı ildə Ermənistan və İrlandiya, 2027-ci ildə İsveçrə və Yunanıstan, 2028-ci ildə isə Azərbaycan və Latviya ev sahibliyi edəcək.  Ermənistan Baş naziri Nikol Paşinyan “X” səhifəsində qərara görə ASB liderlərinə təşəkkür edib, həmçinin 2028-ci ildəki sammitin Azərbaycanda keçirilməsi qərarını “alqışlayıb”.  O əlavə edib ki, Azərbaycan və Ermənistan bir-birinin ev sahibliyi namizədliklərini dəstəkləyiblər.  Azərbaycan tərəfi qərarla bağlı hələ ki rəsmi açıqlama verməyib.  ASB-nin sonuncu...
Siyasət

AŞPA-nın baş məruzəçisi İqbal Əbilovu azad etməyə çağırıb

23 May 2025

Foto: sosial media

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azade Royhan Azərbaycanda talış tarixinin tədqiqatçısı İqbal Əbilova 18 il hökm oxunmasından “dərin narahatlıq keçirir”.  Bu barədə o, mayın 22-də bəyanat yayıb.  Royhan bəyanatda deyir ki, Əbilova qarşı dövlətə xəyanət və nifrət təşviqatı ittihamlarının əsası onun erməni həmkarlarla professional əməkdaşlığına söykənir və o, sadəcə talış tarixi və mədəniyyəti haqqında tədqiqatlar aparıb.  “Akademik azadlıq – yəni tədqiqat aparmaq və bilikləri, həqiqətləri heç bir məhdudiyyət olmadan yaymaq azadlığı – şübhəsiz ki, ifadə azadlığı hüququ ilə qorunur. Bu, demokratik cəmiyyətlərin təməl prinsiplərindən biridir və tədqiqatçılar istənilən əsassız siyasi müdaxilədən qorunmalıdır. Mən Azərbaycan hakimiyyətini...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo