Foto: president.az
ABŞ prezidenti Donald Tramp yenə Azərbaycan və Ermənistandan danışıb.
Dekabrın 29-da Floridadakı iqamətgahında İsrail baş naziri Benyamin Netanyahunu qəbul edən Tramp söhbət əsnasında iki ölkə arasında münaqişəyə son qoyduğunu deyib.
O iddia edib ki, Azərbaycan və Ermənistanı ABŞ-lə ticarətdən məhrum qoymaq və bu ölkələrdən ixrac olunan məhsullara 200% tarif tətbiq etməklə hədələyib.
"Bunu dediyimin səhərisi günü zəng etdilər ki, gəlirik imzalamağa. 35 ildir döyüşürdülər. Heç kim son qoya bilmirdi. Hətta Putin zəng etdi ki, mən 10 ildir buna son qoymağa çalışırdım, sən necə bacardın?", - o deyib.
Netanyahu isə Trampın Azərbaycanın adını düzgün tələffüz etməsinə ironiya edib. Tramp əvvəllər Azərbaycanın adını yanlış tələffüz edib, Ermənistanı isə, ümumiyyətlə, Albaniya ilə səhv salıb.
Tramp apreldə əksər ölkələrə olduğu kimi Azərbaycan və Ermənistana da 10% tarif tətbiq elan edib. Yerli iqtisadçılar isə Azərbaycanın ABŞ-yə demək olar ki, heç nə ixrac etmədiyini və bunun ölkə iqtisadiyyatına ciddi təsir etməyəcəyini deyib.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb və Trampın şahidliyi ilə liderlər arasında digər sənədlər imzalanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
NPS
'Hürriyyət'in həbsdə olan baş redaktorunun ailəsi: “Səhhəti kritik vəziyyətə çatıb"
hurriyyet.az
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu