Siyasət

UNICEF-in Azərbaycandakı fəaliyyəti dayandırılır

13 May, 2025
47

UNİCEF

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycandakı fəaliyyəti növbəti aylarda mərhələli şəkildə dayandırılacaq. 

Bu barədə “Report.az”a UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur xəbər verib. 

O bildirib ki, bundan sonra UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək. 

Rəsmi Bakı hələ martın əvvəlində BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), UNFPA, UNHCR və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.

Hökumət BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərmişdi. 

Rəsmi Bakının əsaslandırmasına görə, bu qurumların Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb və onların ofisinin fəaliyyət göstərməsinin də mənası yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub

13 May 2025

Toplum TV

Böyük Britaniya hökuməti Rusiya neftini daşıyan 100 tankerə, habelə bu ölkənin enerji sektorunda çalışmış bir neçə şirkət və şəxsə sanksiyalar qoyub. Hökumətin saytında verilən məlumatdan görünür ki, sanksiyalar tətbiq olunan 5 nəfərin hamısı azərbaycanlıdır. Məlumata əsasən, onlar Rusiya hökuməti üçün “strateji əhəmiyyət kəsb edən enerji sektorunda bizneslə məşğul olmaqla Rusiya hökumətindən fayda əldə etmiş və ya ona dəstək olmuş” şəxslərdir.  Sözügedən şəxslər Etibar Eyyub, Tahir Qarayev, Əhməd Kərimov, Anar Mədətli və Tələt Səfərovdur.  Onlar Dubayda yerləşən və Rusiya neftinin satışı və ixracı ilə məşğul olan neft ticarəti şirkəti “2Rivers”in idarəçiliyində təmsil olunurlar. “Financial Times” nəşri yazır ki, bu şirkət 2010-cu...
Siyasət

ABŞ Konqresi: Tofiq Yaqublu azad edilməlidir

13 May 2025

sosial media

ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun  dərhal azadlığa buraxılmasına çağırıb. Komissiyanın “X” hesabında onun səhhətində problemlər olduğu qeyd olunub. "Müxalifət lideri Tofiq Yaqublu aclıq aksiyasını dayandırsa da, səhhəti ağır olaraq qalır. Azərbaycan hökuməti həbsdə olduğu müddətcə lazımi tibbi yardım göstərməklə onun salamatlığına təminat verməlidir. O, dərhal və qeyd-şərtsiz azad edilməlidir", - Komissiya bildirib. Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu həbsinə etiraz olaraq aprelin 1-dən aclıq aksiyasına başlamışdı. Səhhəti kəskin pisləşən Yaqublu qızı Nigar Həzinin xahişi ilə mayın 10-da aksiyanı sonlandırıb. Mayın 6-da Apellyasiya Məhkəməsi onun ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo