Siyasət

Vəkil: “Tofiq Yaqublu 13 kq çəki itirib, həyatına risk var”

22 Aprel, 2025
539

sosial media

Həbsdə olan müxalif siyasətçi, 22 gündür aclıq aksiyası keçirən Tofiq Yaqublunun həyatı risklə üz-üzədir. 

Bunu aprelin 22-də onunla görüşən vəkili Fəxrəddin Mehdiyev deyib. 

Mehdiyev bildirib ki, Yaqublunun vəziyyəti olduqca ağırdır və fiziki görünüşü pisləşib. O qeyd edib ki, siyasətçi aprelin 1-dən bu yana 13 kiloqrama yaxın çəki itirib. 

Yaqublu bu gün qızı Nigar Həziyə telefon zəngində deyib ki, gecə yata bilməyib və su içmək belə onun üçün işgəncədir. 

“Vəziyyət isə get-gedə daha daha kritikləşir. Hər an geridönməz hallar baş verə bilər. T.Yaqublu təcili mülki xəstəxanaya köçürülməlidir. Bu vəziyyət bir az da davam etsə, o, təcridxanada həyatını itirəcək”, - Nigar Həzi “Facebook” səhifəsində yazıb. 

Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Qırğız şirkəti Azərbaycanı yarımçıq ödənişə görə məhkəməyə verib

13 Dekabr 2025

Foto: president.az

Qırğızıstanın "Meadi" tikinti şirkəti Azərbaycan Xarici İşlər Nazirliyini (XİN) məhkəməyə verib. "Azadlıq Radiosu"nun xəbərinə görə, buna səbəb Azərbaycanın sifarişi ilə Bişkekdə Heydər Əliyev adına məktəb və Qırğızıstan-Azərbaycan Dostluq Parkını inşa edən şirkətin ödənişini tam ala bilməməsi olub.  Şirkət məhkəməyə iddia ərizəsində Azərbaycanın bu ölkədəki səfirliyi ilə 2019-cu ildə məktəb və park inşası üçün müqavilə bağladığını göstərib. Şirkət təmsilçiləri iddia edir ki, Azərbaycan tərəfinin şirkətə 3 milyon 29 min 257 dollar borcu qalıb.  Müqavilədə isə ümumi layihə üçün 8 milyon 62 min dollar vəsait ayrılması nəzərdə tutulub. Maliyyələşmə Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım İdarəsinə həvalə edilib.  2022-ci il oktyabrın 11-də Azərbaycan...
Siyasət

Hesabat: "Aİ Azərbaycanla dəyərlərə deyil, maraqlara əsaslanan münasibətə keçdi"

9 Dekabr 2025

Foto: açıq mənbə

"Azərbaycanda Repressiyaya Son Kampaniyası" Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təqiblər fonunda Avropa İttifaqının (Aİ) son illərdə bu ölkə ilə münasibətləri haqda hesabat dərc edib.  Dekabrın 9-da dərc olunan hesabatda bildirilir ki, Aİ Azərbaycanla "dəyərlərə əsaslanan münasibətdən maraqlara əsaslanan münasibətə" keçid edib.  Hesabat müəllifləri qeyd edir ki, yeni münasibətlərdə enerji və geosiyasi maraqlara insan hüquqlarından daha çox əhəmiyyət verilir.  “Eyni zamanda, Azərbaycan möhkəmlənmiş avtoritar sistemi daha da gücləndirib, siyasi məhbusların sayı rekord həddə çatıb və müstəqil media demək olar ki, tamamilə məhv edilib. Azərbaycanın əsas ixrac bazarı və ən böyük investoru olmasına baxmayaraq, Aİ öz təsir imkanlarından istifadə etmir. Yüksək səviyyədə siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo