Siyasət

“Xural TV” redaksiyasında ikinci dəfə axtarış aparılıb

13 sentyabr, 2022
2408

Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşları ikinci dəfə “Xural TV” redaksiyasında axtarış aparıblar. 

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov sentyabrın 13-də “Toplum TV”yə məlumat verib. 

https://toplum.tv/siyaset/elcin-sadiqovun-mudafiesine-15-den-cox-vekil-qosulub

O bildirib ki, hazırda axtarış yekunlaşıb. Ancaq redaksiyada hansı səbəbdən axtarış aparıldığından xəbərsizdir: 

“Hazırda məlumat toplamağa çalışırıq. Dəqiqləşdirmə apardıqdan sonra ictimayyətə məlumat veriləcək”.

“Xural TV”-nin baş redaktoruƏvəz Zeynallı sentyabrın 10-dan 11-nə keçən gecə vəkili Elçin Sadıqovla birgə saxlanılıb. Ə. Zeynallı "Baku Steel Company"-nin sabiq rəhbəri, həbs olunmuş iş adamı Rasim Məmmədovun ailəsindən hədə-qorxu yoluyla rüşvət almaqda, Elçin Sadıqov isə buna vasitəçi olmaqda təqsirləndirilir.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo