Sosial

Həkim köçü: “Dərs dediyim qrupda hər 10 tələbədən 8-i alman dilini öyrənir”

8 May, 2021
2949

Açıq mənbələrdən götürülüb

“Azərbaycanda həkimlərin azalmasının bir neçə səbəbi var. Onlardan biri həkimin ölkədəki gəlirinin az olmasıdır. Bir də görülən işə yetəri qədər dəyər verilməyəndə, heç kim həmin yerdə qalmağa üstünlük vermir”.

Bunu “Toplum TV”-yə radioloq həkim Aydın Əliyev deyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son illərdə Azərbaycanda həkimlərin sayı azalıb. 2010-cu ildə ölkədə 33 min 85 həkim fəaliyyət göstərirdisə, 2020-ci ilin sonunda onların sayı 31 min 829 nəfərə enib və ya 4 faizə yaxın azalıb. 

Aydın Əliyev - Azadlıq Radiosu

Halbuki bu müddət ərzində əhali sayı təxminən 10 faiz artıb. 2011-ci ildə Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən həkim sayı 36 nəfər olub, ötən ilsə bu say 31-ə enib. 

Həkim sayının regional bölgüsü də diqqət çəkən məqamlardandır. Həkimlərin 65 faizə yaxını Bakıda çalışır. Başqa sözlə, paytaxtda əhalinin hər 10 min nəfərinə 92 həkim düşür. Bir neçə şəhər və rayonu çıxmaq şərtilə, rayonlarda bu göstərici 20-dən azdır.

Almaniya qaynaqlarının verdiyi məlumata görə, 2019-cu ildə bu ölkədə 877 azərbaycanlı həkim fəaliyyət göstərib - Azərbaycanda çalışan həkimlərin təxminən 3 faizi qədər.

Həkim Vasif İsmayılın sözlərinə görə, Tibb Universitetini bitirənlərin bir çoxu xarici ölkələrə gedir: “Xüsusilə də Almaniya və ya Türkiyəyə. Bu gün mən dərs dediyim qrupda hər 10 nəfərdən 8-i alman dili kursuna gedir. Müəyyən səviyyədə ad-san qazanmışlar xaric, Azərbaycan həkimlik üçün heç uyğun yer deyil.”

Vasif İsmayıl - Sosial Media

V.İsmayıl həmçinin qeyd edir ki, rayonlarda çalışmaq xüsusilə çətindir: “Çünki tibbi xidmət göstərənlərin əksəriyyəti xəstələrin verdiyi pulla dolanır. Ən çox pul verənlər də Bakıda yaşayanlardır. Ona görə həkimlər Bakıda işləməyə daha çox üstünlük verirlər”.

Aydın Əliyevsə həkim sayının azalmasına təsir edən səbəblərdən birinin yaşı 65-dən çox olanların təqaüdə göndərilməsi olduğunu vurğulayır; deyir ki, əvvəllər həkimlər 70-80 yaşına qədər işləyirdilər.

O, özəl xəstəxanların daha çox Bakıda cəmlənməsinə də diqqət çəkir və hesab edir ki, bu yöndə hökumət bəzi addımlar atmalıdır: “Əhalinin çox hissəsi Bakıdadır, burada çox sayda xəstəxana var. Ona görə də həkimlər Bakıda işləməyə üstünlük verir. Rayonlarda o şəraiti yaratsalar, mənzillə təmin etsələr, ucqar yerlərdə bir az artıq maaş versələr, xəstəxanaları avadanlıqla təmin etsələr, təbii ki, bu problem aradan qalxar”. 

Narahatlıq doğuran daha bir məqam pandemiya dövründə  epidemioloqların sayında da azalma olmasıdır. 2010-cu ildə ölkədə onların sayı 1378 nəfər olduğu halda, hazırda 948 nəfərdir. Bu isə o deməkdir ki, son 10 ildə epidemioloqların sayı 35 faizə yaxın azalıb.

A.Əliyev bu azalmanı belə izah edir: “Əvvəl bizdə  bu səviyyədə epidemiya qorxusu yox idi və təbii olaraq mütəxəssislərin sayı nisbətən azalırdı. Amma yəqin ki, artıq bu ixtisasda da artım olacaq”.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo