Sosial

Azərbaycanda uşaqların sayı azalır 

10 İyun, 2025
535

Foto: açıq mənbə

Azərbaycanda uşaqların sayının azaldığı bildirilir. 

Bu barədə məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) Dövlət Statistika Komitəsinə istinadən hazırladığı infoqrafikada öz əksini tapıb. 

İnfoqrafikaya əsasən, 1990-cı ildə Azərbaycanda 17 yaşa qədər uşaqlar ölkə əhalisinin 38,5 %-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici təxminən 26 %-ə düşüb. 

1990-cı ildə bu yaş qrupu üzrə əhalinin sayı 2 milyon 780 mindən çox olduğu halda, 2023-cü ildə 5,3 % azalaraq 2 milyon 633 min nəfərə düşüb. 

Azalmanın daha çox qız uşaqları hesabına baş verdiyi müşahidə olunur. Oğlan uşaqlarının sayı ötən dövrdə 1,8%, qız uşaqları isə 9% azalıb.

İqtisadçı Samir Əliyev bunun səbəbini ümumi nəsilvermə (fertillik) əmsalının aşağı düşməsində görür. O, “Facebook” hesabında yazıb ki, 1960-cı illərdə Azərbaycanda bu əmsal 5,2-5,5 aralığında olduğu halda, 1990-cı ildə 2,8-ə, hazırda isə 1,6-ya düşüb.  

Fertillik əmsalı reproduktiv dövr ərzində 15-49 yaş aralığında bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Məhkəmə yağışda evlərini su basan sakinlərin lehinə qərar verib

24 İyul 2026

Xəzər TV

Bir qrup paytaxt sakini yağış yağanda evləri və həyətlərini su basdığına görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib.  "Azadlıq Radiosu"nun yazdığına görə, Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinlər sözügedən qurumdan əraziyə kanalizasiya xətti çəkilməsini tələb edib. Onlar ərizələrində bildirib ki, ərazidəki kanalizasiya xəttini illər öncə özləri kustar üsulla düzəldiblər və xətt artıq tamamilə yararsız vəziyyətdədir.  "İki gündən bir kanalizasiya xətləri tutulur, çirkab suları küçəyə axır. Xüsusən yağış yağanda xətlərin tutulması ciddi problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış suları kanalizasiya suları ilə birgə evlərə, həyətlərə dolur", - ərizədə qeyd olunub.  Bakı İnzibati Məhkəməsi sakinlərin...
Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...

Seçilmiş Videolar

Toplum TV loqo