Sosial

Məhkəmə yağışda evlərini su basan sakinlərin lehinə qərar verib

24 İyul, 2026
150

Xəzər TV

Bir qrup paytaxt sakini yağış yağanda evləri və həyətlərini su basdığına görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib. 

"Azadlıq Radiosu"nun yazdığına görə, Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinlər sözügedən qurumdan əraziyə kanalizasiya xətti çəkilməsini tələb edib.

Onlar ərizələrində bildirib ki, ərazidəki kanalizasiya xəttini illər öncə özləri kustar üsulla düzəldiblər və xətt artıq tamamilə yararsız vəziyyətdədir. 

"İki gündən bir kanalizasiya xətləri tutulur, çirkab suları küçəyə axır. Xüsusən yağış yağanda xətlərin tutulması ciddi problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış suları kanalizasiya suları ilə birgə evlərə, həyətlərə dolur", - ərizədə qeyd olunub. 

Bakı İnzibati Məhkəməsi sakinlərin iddiasını təmin etməsə də, onlar qərardan apellyasiya şikayəti veriblər. 

Bakı Apellyasiya Məhkəməsi isə bir neçə gün əvvəl sakinlərin xeyrinə qərar verib. Məhkəmə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin üzərinə sözügedən ərazidə ümumi kanalizasiya xəttinin layihələndirilməsi və inşası öhdəliyini qoyub.

Dövlət qurumu məhkəməyə göndərdiyi məktubda bildirib ki, paytaxtda kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi işləri mərhələli qaydada həyata keçirilir. 

"Yalnız Böyükşor hövzəsi üzrə magistral infrastrukturun yaradılmasından sonra Binəqədi qəsəbəsində, o cümlədən müraciətdə qeyd olunan 1-ci Mədən ərazisində toplayıcı kanalizasiya şəbəkələrinin genişləndirilməsi məsələsinə baxılması nəzərdə tutulur", - cavabdeh tərəf qeyd edib. 

Məhkəmə isə bu arqumentlə razılaşmayıb. Qərarda vurğulanıb ki, yenidənqurmanın mərhələli şəkildə aparılmasını təsdiqləyən hər hansı növbəlilik siyahısı və ya plan təqdim olunmayıb. 

Məhkəməyə təqdim olunan mütəxəssis rəyində də göstərilir ki, ərazidəki evlər mərkəzləşdirilmiş kanalizasiya kollektorundan çox uzaqda yerləşmir və onları kanalizasiya sisteminə qoşmaq çətin deyil. 

Azərbaycan prezidenti İlham Əliyev bu ilin əvvəlində keçirdiyi müşavirədə Bakıda kanalizasiya xidməti göstərilən əhalinin cəmi 50 faiz təşkil etdiyini, lakin yeni proqramın icrası ilə bu göstəricinin 95 faizə çatdırılacağını bildirib. 

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair baş planında göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9,2 milyard manat vəsait tələb olunur. Bunun 487,9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsi üçün lazımdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo