Sosial

Bakıda tarixi abidə statusu almış 138 yaşlı bina sökülür - YENİLƏNİB

26 May, 2025
190

Foto: Abdul Hüseynov

Abdul Hüseynov binanın söküntüsünün dayandırıldığını xəbər verib, lakin o düşünür ki, bu müvəqqəti xarakter daşıyır.

***

Bakının Bayırşəhər adlanan hissəsində 1887-ci ildə tikilmiş yaşayış binası sökülür. 

Bu barədə memar Abdul Hüseynov məlumat verib. 

Hüseynov “Facebook” səhifəsində bildirib ki, Lev Tolstoy 89 ünvanında yerləşən bina memar Məşədi Mirzə Qafar İsmayılovun layihəsi ilə tikilib. 

O əlavə edib ki, bina tarixi abidələrin dövlət reyestrindən çıxarılmayıb, bu isə o deməkdir ki, onun tarixi abidə statusuna məhəl qoyulmur və söküntü işi qanunsuz aparılır. 

Memar qeyd edib ki, ev iki ildən çoxdur dövlət tərəfindən alınıb və sökülməsi barədə məlumat stendi yoxdur. 

“Söküntü işləri aparan şəxsi heyətin heç bir dövlət qurumuna mənsubluğunu göstərən xüsusi nişanları və texnikası yoxdur. Son bir ayda yaranmış köçürmə vəziyyətini nəzərə alsaq, bunun xüsusi olaraq Bayırşəhərin bu tarixi ərazisində yaşayan insanlara psixoloji təsir göstərmək üçün edildiyi barədə fikirlər var”, - o yazıb. 

Artıq bir müddətdir ki, dövlət qurumları Bayırşəhərdə tarixi binaların və məhəllələrin hissə-hissə söküntüsü ilə məşğuldur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Təhsil İnstitutu liseylərə qəbulla bağlı qərarını təxirə salıb 

29 May 2025

Foto: sosial media

Təhsil İnstitutu şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən lisey və gimnaziyalara qəbulla bağlı qərarında dəyişiklik edib.  Mayın 26-da verilən qərarda sözügedən təhsil müəssisələrinə qəbulun yalnız 6-cı sinif şagirdləri üçün aparılacağı bildirilirdi.  Mayın 29-da isə İnstitut yeni açıqlama yayaraq qəbulun əvvəlki illərdə olduğu kimi 4-cü, 5-ci və 7-ci sinif şagirdlərini də əhatə edəcəyini bildirib.  Təhsil İnstitutu yeni qərarın “şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarının və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarının nəzərə alınaraq” verildiyini deyib.  Buna baxmayaraq, İnstitut növbəti tədris ilindən etibarən lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün aparılacağını qeyd edib.  Təhsil İnstitutunun 26 may tarixli...
Sosial

“Elm və Təhsil Nazirliyi bu qərara görə ictimaiyyətə cavab verməlidir”

28 May 2025

Foto: Azərtac

Təhsil İnstitutunun şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbulla bağlı yeni qərarı narazılıqlarla qarşılanıb.  Mayın 26-da institut açıqlama yayaraq sözügedən təhsil müəssisələrinə qəbulun yalnız 6-cı sinif şagirdləri üçün, imtahan üçün qeydiyyatın isə iyunun 5-dən aparılacağını bildirib.  Bu, övladları aşağı siniflərdə təhsil alan və lisey və gimnaziyalara qəbula hazırlaşan valideynlərin etirazına səbəb olub.  Gəncədə yaşayan bir qrup valideyn mayın 27-də Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin önünə toplaşıb. Onlar İctimai televiziyaya deyib ki, qərar övladlarını məyus edib.  “Mənim uşağım 5-ci sinifdə oxuyur. Bir ildir fərdi hazırlığa gedir, əziyyət çəkir. Maddiyyatı heç demirəm, sadəcə istəyirəm...

Seçilmiş Videolar

Toplum TV loqo