Foto: sosial media
Azərbaycan hökuməti “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Ayxan İsrafilovun azadlıq hüququnun pozulmasını tanıyıb.
Bu barədə İsrafilovun vəkili Fariz Namazlı “Facebook” səhifəsində xəbər verib.

Namazlı deyib ki, mayın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 13 ərizəçi üzrə 4 qərar qəbul edib. Bu qərarların ikisində Məhkəmə tərəflərin dostcasına barışığını qəbul edib, iki işdə isə hökumətin birtərəfli bəyanatını qəbul edərək işləri siyahıdan çıxarıb.
Siyahıdan çıxarılan işlərin içində İsrafilovun da şikayəti yer alıb. Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsində nəzərdə tutulmuş hüququnun (azadlıq hüququ - red.) pozuntusunu etiraf edən hökümətin birtərəfli bəyanatını qəbul edib.
Aprel ayında Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan artıq Avropa Məhkəməsinin qərarlarını icra etməyəcək.
Namazlı Toplum TV-yə deyib ki, İsrafilovun işində hökümət məhkəməyə birtərəfli bəyanatını ötən il çatdırıb və məhkəmə də bu il qərar verib.
Hökumətin işçi hüquqları fəalının azadlıq hüququnun pozulmasını tanımasına baxmayaraq, vəkil onun azadlığa buraxılacağına inanmır.
“Ümumiyyətlə, birtərəfli bəyanat əsasında qəbul edilmiş qərarlar üzrə indiyə qədər hələ ki heç kimi azadlığa buraxmayıblar, baxmayaraq ki, birtərəfli bəyanatda hökumət şəxsin azadlıq və ya digər hüququnun pozuntusunu tanıyır. Bu cür hallarda (əvvəlki illərdə çıxan qərarlar üzrə) hökumət sadəcə təyin edilmiş kompensasiyanı ödəyirdi, lakin qərarı icra etmirdi”, - o qeyd edib.
Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. Ona qarşı satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma maddəsi ilə ittiham irəli sürülüb.
Ötən ilin aprelində o, 3 il azadlıqdan məhrum edilib.
Fəal özü ittihamı rədd edir və işçi hüquqlarını müdafiə fəaliyyətinə görə həbs edildiyini deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar