Siyasət

Gənclər və İdman Nazirliyini tənqid edən federasiya rəhbəri Antalyada vurulub

29 May, 2025
131

Foto: Globalinfo

Azərbaycan Muay Tay Federasiyasının rəhbəri, kikboksinq və muay tay üzrə 9 qat dünya çempionu Araz Musayev mayın 28-də Türkiyənin Antalya vilayətində, Kəmər rayonunda sui-qəsdə məruz qalıb. 

Sosial şəbəkələrdə yayılan, təhlükəsizlik kamerası görüntüsünü əks etdirən videoda iki nəfərin bıçaqla Musayevin boynuna zərbə endirdiyi görünür. 

Türkiyə mətbuatı hadisə ilə əlaqədar iki Azərbaycan vətəndaşının Antalya Hava Limanında saxlanıldığını yazıb. 

“Tibbi heyətin ilkin müdaxiləsindən sonra Musayev təcili yardım maşını ilə xəstəxanaya aparılıb, müalicəsi davam edir”, - “İhlas” xəbər agentliyi yazıb. 

Musayev Antalyaya bu şəhərdə keçirilən muay tay üzrə dünya çempionatında iştirak edən azərbaycanlı idmançı heyətinin başçısı kimi gəlib. 

O, vurulduqdan sonra “Unikal.az” saytına açıqlamasında iddia edib ki, sui-qəsdçilər Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən göndərilib. 

Musayev sui-qəsdə məruz qaldığı gün də daxil olmaqla, çempionatın keçirildiyi hər gün “Facebook” səhifəsində Azərbaycan Kikboksinq Federasiyası və Gənclər və İdman Nazirliyi rəsmilərini tənqid edib. 

Mayın 28-də paylaşdığı bir videoda o deyir ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov Antalyaya gələn muay tay idmançılarının “qarşısını almaq istəyir”

“Elnur Məmmədov Kikboksinq və Uşu Sanda Federasiyalarının rəhbərlərini bura göndərib muay tay idmançılarını Kikboksinq Federasiyasının tərkibinə qatmaq istəyir. Dünya Muay Tay Federasiyası isə kikboksinq idmançılarının Muay Tay Federasiyası nəzdində çıxış etməli olduğuna qərar verdi. Elnur Məmmədov kimi rəsmilər idmançılarımızı üz-üzə qoymaq istəyirlər. Kikboksinq Federasiyasının arxasında çox güclü bir insan durur, bizim arxamızda isə cənab prezident”, - Musayev qeyd edib. 

Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevdir. O, həmçinin, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin keçmiş sədr müavinidir. 

Musayev mart ayında “TikTok” şəbəkəsində yayımladığı videoda deyib ki, Əliyev onu yanına çağıraraq Muay Tay Federasiyasını əlindən almaq istəyib. 

“Mən isə ona dedim ki, Muay Tay Federasiyası ictimai birlikdir və rəhbərliyi seçkilər əsasında seçilir. O da dedi ki, ona seçki-filan maraqlı deyil və Muay Tay Federasiyası onun olmalıdır. Bundan sonra o, müxtəlif media orqanlarında məqalələr çap etdirdi ki, guya mənim əldə etdiyim bütün nailiyyətlər saxtadır”, - Musayev videoda bildirir. 

Musayevin vurulması barədə “Qafqazinfo” və başqa hökumətyönlü saytlarda gedən xəbərlərdə iddia olunur ki, o, türkiyəli idmançılarla mübahisə zəmnində vurulub. 

Hadisəni əks etdirən videogörüntüdə isə vurulma anına qədər hər hansı mübahisə elementləri müşahidə olunmur. 

Kikboksinq Federasiyasından “Milli.az” saytına deyilib ki, Federasiya Musayevə olan sui-qəsd cəhdini pisləyir və hadisə ilə bağlı saxlanılan şəxsləri tanımır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Əli Kərimlinin inzibati həbsdən çıxan sürücüsünə də cinayət işi açılıb

30 May 2025

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla sürücüsü olan Zaur Rzalıya qarşı cinayət işi açılıb.  AXCP üzvlərinin bildirdiyinə görə, Rzalı mayın 29-da Nərimanov Rayon Polis İdarəsinə çağırılıb və ona barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə cinayət işi açıldığı deyilib.  Fəal sərbəst buraxılsa da, onun ölkədən çıxışına qadağa qoyulub.  Rzalı “Facebook” səhifəsində cinayət işinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu yazıb.  “Hələlik nisbi azadlıqdayam, amma bilin ki, heç bir repressiya bizləri yolumuzdan döndərə bilməz”, - o qeyd edib.  Rzalı aprelin 1-də...
Siyasət

“Abzas Media” xüsusi mükafata layiq görülüb

29 May 2025

Foto: Laurent Richard

“Abzas Media” “Baku Connection” layihəsi “European Press Prize”ın xüsusi mükafatına layiq görülüb. “Forbidden Stories” platformasının koordinasiyası etdiyi 15 media qurumundan olan 40 jurnalist Azərbaycanda həbs edilmiş həmkarlarının işini davam etdirib.   “Baku Connection” layihəsinə “Abzas Media”dan başqa, “Der Standard”, “d’Lëtzebuerger Land”, “France 24”, “IRPI”, “Knack”, “Le Monde”, “Le Soir”, “NRC”, “OCCRP”, “Paper Trail Media”, “Radio France”, “RFI”, “RTS”, “Tamedia”, “The Guardian”, “ZDF” kimi media qurumlarından olan jurnalistlər daxildir. “The Baku Connection” layihəsinin birinci hissəsi 2024-cü il fevralın 1-də Azərbaycanda prezident seçkiləri ərəfəsində dərc edilib. “Baku Connection” konsorsiumu Azərbaycan həbsxanalarında idarəçilik problemlərini və ölkənin qərbində yerləşən Gədəbəy rayonundakı qızıl mədənində aparılan işləri araşdırıb....

Seçilmiş Videolar

Toplum TV loqo