Sosial

Bəraət alan kənd sakini: "DSX əməkdaşları qabırğalarımı sındırdı"

8 Aprel, 2026
257

Foto/kollaj: Toplum TV

2024-cü ildə narkotik ittihamı ilə saxlanılan Beyləqan sakini bu yaxınlarda məhkəmə tərəfindən bəraət alıb. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, Beyləqan rayonunun İkinci Şahsevən kəndinin sakini, 38 yaşlı İlkin Cəfərov 2024-cü ilin noyabrında kənddəki su kanalına gedərkən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb. 

Sərhədçilər kənd sakininin ərazidəki narkotik maddəni götürmək üçün oraya gəldiyini iddia ediblər. 

İ.Cəfərov isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadəsində deyib ki, Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçisi kimi su kanalına suyun verilməsini nizamlamaq, həm də sonra balıq tutmaq üçün həmin əraziyə gedib. 

"Elə tilovu atıb ipi bağlamaq istəyəndə sərhədçilər məni tutub, əllərimi, gözlərimi bağladılar. Təxminən 50 metr apardılar. Dedilər ki, "bura narkotik götürmək üçün gəlmisən". And-aman etdim ki, mən heç narkotik necə olur, bilmirəm, burada həmişə balıq da tuturam, mal-qara da otarıram. Məni döyməyə başladılar", - o qeyd edib. 

"Məni zastavaya gətirib yenə möhkəm döydülər. Tələb bu idi ki, tutulduğum yerə o narkotiki götürmək üçün gəldiyimi deyim. Dəhşətli işgəncələrə dözə bilmədim. Qabırğalarımı sındırdılar. Razılaşandan sonra kisəni də götürdülər, məni maşına mindirib əvvəlki yerə gətirdilər. Orada yerə tökdülər, orada şəkil, video çəkdilər", - kənd sakini əlavə edib. 

İ.Cəfərovun şikayəti əsasında tibbi ekspertiza təyin olunub. Ekspert rəyində də onun bədənində xəsarət izlərinin olması və qabırğalarının sınması qeyd olunub. 

İ.Cəfərovun işgəncəyə məruz qalması haqda şikayətinə və ekspertizanın xəsarətləri təsdiqləyən rəyinə baxmayaraq, prokurorluq cinayət işi açmaqdan imtina edib. 

Sərhədçilər isə ifadələrində iddia ediblər ki, onlara həmin əraziyə narkotik maddə qoyulması barədə məlumat daxil olub. Onların sözlərinə görə, onlar İ.Cəfərovun paltarlarını soyunub kanalı keçdiyini, torba ilə geri qayıtdığını görüblər. 

Hakimlər kollegiyası ifadələr və başqa sübutları araşdırandan sonra İ.Cəfərovun dediklərini daha inandırıcı hesab edərək onun haqqında bəraət hökmü çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo