Foto: Açıq mənbədən götürülüb
2025-ci ilin ilk 4 ayı ərzində bank kartlarından kiber üsullarla 6 milyon manatdan çox vəsait oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov məlumat verib.
Qurum rəsmisi əlavə edib ki, 2024-cü ildə oxşar fırıldaqçılıq üsulları ilə kartlardan 22 milyon manatdan çox pul oğurlanıb.
“Hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib. Maariflənmə, əməliyyat-axtarış, əməliyyat-texniki, istintaq tədbirləri tərəfimizdən fasiləsiz davam etdirilir. Bununla yanaşı, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir, kiber təhdid riskləri üzrə fəaliyyət diqqətdə saxlanılır”, - Məmmədov əlavə edib.
DİN bank kartlarından oğurluq halları ilə bağlı gündəlik məlumat dərc edir.
Mayın 21-ə olan məlumata görə, kartlardan toplamda 20,620 manat pul oğurlanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
sosial media
“Abzas Media işi”ndə şahidlər dindirilib
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub