Sosial

İmişlidə etiraza görə saxlanılan 14 nəfərin həbs müddəti artırılıb

7 Aprel, 2025
388

sosial media

Bu il yanvarın 18-də İmişlidə Dövlət Yol Polis əməkdaşının törətdiyi və 3 məktəblinin ölümünə səbəb olan qəzadan sonra barəsində  saxlanılan 14 nəfərin həbs müddəti uzadılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb.

İmişli rayon Məhkəməsinin qərarı ilə həmin şəxslərin həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılıb.

Yanvarın 18-də İmişlidə baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. 

Yüksək sürətlə hərəkət edən Dövlət Yol Polisi avtomobili yolun səkisində olan üç azyaşlının ölümünə, daha bir neçə nəfərin ağır yaralanmasına səbəb olmuşdu.

Rayon sakinləri etirazlara görə saxlanılanların sayının 100-dən çox olduğunu, onların bəzilərinin ağır işgəncələrə məruz qaldıqlarını, bəzilərinin xəstəxanaya yerləşdirildiklərini deyirdilər.

DİN-in və digər rəsmi qurumların məlumatında qəzanı törədən DYP əməkdaşı haqqında məlumat hələ də verilmir


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

2026-cı il bahalaşma ilə başlayıb

23 Fevral 2026

Foto: açıq mənbə

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar ayı üzrə qiymət monitorinqinin nəticələrini açıqlayıb. Hesabata görə, 2025-ci ilin yanvarı ilə müqayisədə mal və xidmətlərin ümumi qiymət indeksi 5,7 faiz artıb. Qida məhsulları və içkilərdə isə artım daha yüksək olub - 7,1 faiz. Hüsabatdan görünür ki, qida inflyasiyasının hazırkı səviyyəsi ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, 2025-ci ilin yanvarında illik qida inflyasiyası təxminən 5 faiz idi. Müstəqil ekspertlərin fikrincə, qarşıdakı aylarda inflyasiyanın cilovlanması istiqamətində təsirli addımlar atılmasa, 2026-cı ildə xüsusilə ərzaq məhsullarında son illərin ən sürətli bahalaşması müşahidə oluna bilər. Ötən ilin yanvarı ilə müqayisədə 2026-cı ilin ilk ayında ən zəruri...
Sosial

Azərbaycanda hər üç nəfərdən yalnız birinin keyfiyyətli içməli su təminatı var

19 Fevral 2026

Foto: president.az

Bir müddət əvvəl prezident İlham Əliyevin yanında keçirilən su müşavirəsində su təsərrüfatına məsul agentliyin rəhbəri bildirmişdi ki, son 20 ildə Azərbaycanda əhalinin azı 73 faizinin fasiləsiz içməli su təminatına nail olunub. Həmin vaxt müstəqil ekspertlər bu rəqəmin reallığını şübhə altına almış və qeyd etmişdilər ki, bunun üçün şəffaf statistika açıqlanmalı, ölkənin hər rayonu üzrə fasiləsiz içməli suya çıxışı olan abonentlərin sayı barədə hesabatlar mütəmadi ictimailəşdirilməlidir. Dövlət Statistika Komitəsinin yeni açıqladığı “Dayanıqlı İnkişaf Məqsədləri”nə dair statistik icmal da müstəqil ekspertlərin bu məsələdə haqlı olduğunu deməyə əsas verir. Hesabata görə, yalnız Bakı və Abşeron yarımadasında əhalinin təxminən 70 faizi təhlükəsiz içməli su...

Seçilmiş Videolar

Toplum TV loqo