Sosial

Ötən il ana ölümündə rekord göstərici, uşaq ölümündə 90-cı illərə qayıdış

16 Sentyabr, 2024
182

Alreporter.com

Dövlət Statistika Komitəsinin 2023-cü ilin yekunlarına dair açıqladığı yeni demoqrafik məlumatlar həyəcan doğurur, eyni zamanda ictimai müzakirə üçün xeyli suallar yaradır. Söhbət uşaq (həm 1 yaşa, həm də 5 yaşa qədər) və ana ölümünün  birdən-birə kəskin artmasından gedir. 

Rəsmi statistikaya görə, ötən il hər 1000 nəfər doğulan uşaqdan 1 yaşına çatmadan 18 uşaq tələf olub. Bu əvvəlki 3 il (2020-2022-ci illər) üzrə orta göstəricidən az qala 2,5 dəfə yüksəkdir. Həmin göstərici 2020-ci ildə 9,8 nəfər, 2021-ci ildə 7,5 nəfər, 2022-ci ildə isə 7,8 nəfər olub. 

1996-1997-ci illərin rəqəmləri təkrarlanır

Azərbaycanda ötən il qeydə alınan 1 yaşa qədər uşaq ölümü əmsalı az qala 1990-cı illərin sonlarındakı səviyyəyə uyğundur. 1996-1997-ci ildə bu göstəricinin səviyyəsi 19 nəfərə yaxın olub, sonrakı dövrdə davamlı olaraq azalaraq 2006-2022-ci illərdə 7,8-12 nəfər intervalında dəyişib.

Oxşar vəziyyət 5 yaşadək uşaq ölümü statistikasında da müşahidə edilib. 2023-cü ildə hər 1000 nəfər doğulan uşaqdan 5 yaşadək öləni 21,3 nəfərdir. Halbuki 2010-2022-ci illərdə bu göstərici 10-14 nəfər aralığında olub.

Nəhayət, ana ölümü haqqında. Dövlət Statistika Komitəsinin məlumatına görə, ana ölümlərinin sayı kəskin artıb və son 15 ilin ən yüksək göstəricisi qeydə alınıb. 2023-cü ilin yekunlarına görə, hər 100 000 nəfər diri doğulana 29,3 nəfər ana ölümü düşür. Sonuncü dəfə buna yaxın göstərici 2008-ci ildə qeydə alınıb, o zaman bu rəqəm hər 100 000 doğulana 26,3 nəfər olub. Yəni hətta o zaman belə ölüm əmsalı indiki qədər olmayıb.  Sonrakı illərdə isə həmin əmsal azalmağa doğru hedib - 12,2-17,7 nəfər arasında dəyişib.

Statistika təhrif edilib ya həqiqətən ölüm sayı artıb?

Hələlik hökumətin səlahiyyətli qurumları uşaq və ana ölümü ilə bağlı statistikanın qısa müddətdə bu qədər kəskin pisləşməsinə dair hər hansı açıqlama və izahat verməyib. Əgər bu qeydiyyat sisteminin təkmilləşdirilməsilə bağlıdırsa, deməli, əvvəlki illərdə uşaq və ana ölümü düzgün qeydə alınmayıb, rəsmi statistikadan yayındırılaraq real mənzərə təhrif edilib. Yox, əgər ölüm sayı real olaraq artıbsa, deməli, ölkədə səhiyyə sisteminin vəziyyəti sürətlə pisləşir. 

Emənistanda ölüm rəqəmi daha azdır

Bəs qonşu ölkələrdə vəziyyət necədir? Rəsmi statistikaya görə, Gürcüstan və Ermənistanda ana və uşaq ölümü halları əhəmiyyətli dərəcədə aşağıdır. 2023-cü ilin yekunlarına görə, 1 yaşa qədər uşaq ölümü əmsalı Gürcüstanda 8,2 nəfər, Ermənistanda 6,8 nəfər; 5 yaşa qədər uşaq ölümü Gürcüstana 9,5 nəfər, Ermənistanda 7,9 nəfər olub.  

Ana ölümlərinə gəlincə, burda da rəqəmlər Azərbaycanla müqayisədə xeyli aşağıdı:   Gürcüstanda 22 nəfər, Ermənistanda 11 nəfər. 

Qayıdaq Azərbaycana. Rəsmi statistikaya görə, 1 yaşa qədər uşaq ölümü əmsalının ən yüksək olduğu ərazilər Lənkəran (38,4 nəfər), Şamaxı (31,6 nəfər) və Gəncə (26,8 nəfər), ən aşağı olduğu ərazilər isə Balakən (7,6 nəfər), Samux (8,3 nəfər) və  Neftçala (8,6 nəfər) olub.

Ana ölümünün yüksək səviyyəsi isə daha çox bir neçə ərazidə qeydə alınıb. 2023-cü ildə 33 ana ölümü faktı qeydə alınıb, bunun 8-i  Bakı şəhərində, hər birində 2 nəfər olmaqla 12 nəfəri Şəmkir, Tovuz, Xaçmaz, Quba, Lənkəran, Sabirabad rayonlarında baş verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Təyyarəyə üç xarici təsir olub - AZAL rəsmisi

29 Dekabr 2024

Trend

Təyyarəyə üç xarici təsir olub və nəticədə qəza baş verib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov bunu hava limanındakı vida mərasimində deyib (APA). O bildirib ki, qara qutu artıq açılıb. "İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanları təyyarəni qəbul etməyiblər. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir" deyə,  Əmirov əlavə edib. Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə...
Sosial

Keşlə bazarı boşaldılır, satıcılar narazıdır

19 Dekabr 2024

açıq mənbədən götürülüb

Keşlə bazarında işləyən şəxslərə yanvarın 1-nə qədər bazardakı malları çıxarmağı və ərazini təhvil verməyi tapşırıblar. Bazarda fəaliyyət göstərən icarədarlar bundan narazıdırlar (“Qafqazinfo”). Onlar prosesin azı 4 ay sonraya keçirilməsini istəyirlər. “Bizə deyiblər ki, bura 1 həftəyə boşaldılmalıdır. Mən mağazanı o vaxt ərzində necə boşaldım? 3-4 banka kredit ödəyirəm. Evdə otura-otura o krediti necə ödəyim?” İcarədarlar bazarda 2 min adamın işlədiyini deyir və onlara yeni yer verilməsini istəyirlər. “120 ton nar vurmuşam. Mən o narı nə edim? Heç olmasa, yer versinlər, mart ayına kimi müddəti artırsınlar, malımızı sataq, sonra çıxaq”. Keşlə bazarının ərazisinə nəzarət edən şəxs isə bildirir ki, ona elə...

Seçilmiş Videolar

Toplum TV loqo