Sosial

Sürücülər: “İran gömrükdə gözləmə vaxtını süni şəkildə uzadır” 

18 Avqust, 2025
337

Foto: Gündəlik Naxçıvan

Azərbaycanlı və türkiyəli yük maşını sürücüləri İran gömrükçüləri tərəfindən süni şəkildə xeyli gözlədildiklərini deyirlər. 

Adlarını açıqlamadan “Gündəlik Naxçıvan” səhifəsinə danışan sürücülər bildirib ki, əvvəllər Biləsuvar gömrük keçidindən Azərbaycana keçmək 2-3 gün çəkirdisə, indi onlar 4-5 gün gözləyirlər. 

TIR sürücüləri əvvəlki açıqlamalarında bildirmişdi ki, İran gömrükçüləri onlara bunun avqustun 8-də Vaşinqtonda razılaşdırılan “Tramp marşrutu” ilə bağlı olduğunu deyib. Sürücülər iddia edib ki, onlara gözləmək istəmədikləri təqdirdə, kinayə ilə “Tramp marşrutu"ndan istifadə məsləhət görülüb. 

Buna baxmayaraq, sürücülər əvvəlki şəraitsizliyi aradan qaldırmaq üçün müəyyən tədbirlər görüldüyünü də qeyd edib. 

Onlar ərazidəki yeməkxana və sanitar qovşağın işlək hala salındığını və təmizlik aparıldığını vurğulayıblar. 

“Gördülər ki, Azərbaycan vətəndaşları bizə olan münasibətə necə necə kəskin reaksiya verirlər. Yüngülvari əl gəzdirib, tez öz televiziyalarından çəkiliş göndərdilər. Gəlib, özlərinə sərf edən görüntüləri çəkib, getdilər. İndi yeməkxana işləyir, ancaq çox bahadır. 2-3 qat qiymətə satırlar. Bundan əlavə, gömrük boş olmasına baxmayaraq, bizim gözlədilmə müddətimiz də artırılıb. Əslində, bu gözlədilməyə heç ehtiyac yoxdur. Qəsdən edirlər. Məqsədləri Naxçıvanı blokadadan çıxmağa qoymamaqdır. Bizə əziyyət verməklə də sülh bəyannaməsinin acığını çıxırlar”, - sürücülər deyib. 

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında razılaşdırılan “Tramp marşrutu" Azərbaycanı Ermənistan üzərindən Naxçıvana birləşdirməyi nəzərdə tutur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo