Açıq mənbələrdən götürülüb
Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə vətəndaşı minaya düşüb.
Prokurorluq orqanlarının məlumatına görə, hadisə bu gün, iyulun 14-də günorta radələrində baş verib.
Bildirilir ki, tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan 1987-ci il təvəllüdlü Yalpiri Yıldıray müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Bu gün Cəbrayıl rayonunda da minaya düşmə hadisəsi baş verib.
Bildirilir ki, “Azərsun" şirkətinə məxsus yük maşını tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub