Sosial

Testlərdəki səhvlərə görə kim məsuliyyət daşıyır - müəllimlər, yoxsa Təhsil Nazirliyi?   

2 Fevral, 2021
3590

AEA

“Riyaziyyat fənninə aid test suallarının çoxu o qədər başdansovdu yazılıb ki, vurma işarəsinin yerinə nöqtə qoyulub. Həddindən çox qrammatik səhvlər var. Şagird bunu necə ayırd etsin axı? Testlərin birində 400x25-in cavabı sıfırlar arasında məsafə qoyulmadan yazıldığı üçün cavab səhv kimi götürülüb. Fizika fənni üzrə testin 10 sualına da doğru cavablar verilib, amma müəllim 2 sualın cavabın səhv götürüb ki, həmin şagird 4-ə layiqdir, 5-ə yox”.

Orta məktəblərdə bir neçə gün öncə başa çatmış summativ imtahanların nəticələrindən narazılıq edən Gülanə Aslanova belə deyir.

Testlərdəki sualların qoyuluşundan və digər nöqsanlardan şikayət edən təkcə o deyil. Bəzi valideynlər sosial şəbəkələrdə Təhsil Nazirliyini işarələyərək yazdıqları tənqidlərə açıqlama tələb edirlər. 

Təhsil Nazirliyi “Toplum TV”-nin sözügedən şikayətlərlə bağlı “office@edu.gov.az” poçt ünvanına göndərdiyi sorğuya belə cavab verib:

“Hər bir konkret səhv barədə məktəbə müraciət etmək lazımdır. Qiymətləndirmə vasitələri müəllim tərəfindən hazırlanır”. 

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi  şikayətlərin əsassız olmadığı qənaətindədir: 

“Bəzi məktəblərdə müəllimlər testə keçilməmiş mövzulardan suallar salıblar, tərtibatında qrammatik səhvlərə yol verilib, sualların çətinlik səviyyəsi yüksək olub. Testləri tərtib etməkdən ötrü istifadə edilən proqramlarda Azərbaycan dilində yazı şrifti olmayıb. Bu, yolverilməz haldır. Durğu işarələrindən yanlış istifadəyə görə cavabın səhv hesab olunması şikayətləri də var. Təbii ki, valideynlər bu məsələdə də haqlıdırlar”. 

Ekspert hesab edir ki, suallar tərtib olunan zaman pandemiya və müharibə şəraitində dərslərin fasilərlərlə tədris olunması faktı mütləq  nəzərə alınmalıydı:

“Eyni zamanda, sual xətrinə yazılmış suallar da var. Biz öz analizlərimiz sayəsində aşkar etdik ki, imtahan nəticələrini övladlarının xeyrinə dəyişməkdən ötrü bəzi valideyinlər imtahanlara müdaxilə ediblər, amma narazılıqları əsaslıdır”. 

E.Əfəndi bütün nöqsanlara görə müəllimləri qınamağın doğru olmadığını vurğulayır:

“Müəllimlər tanıyıram ki, test sualların hazırlanması üçün gecə-gündüz əziyyət çəkiblər. Ölkəmizdə onlayn qiymətləndirilmə ilk dəfə idi ki, tətbiq edilirdi və bu şəkildə olması düzgün deyildi. Mən təklif etmişdim ki, ötən ildə və bu tədris ilinin birinci yarısında şagirdlər hansı qiyməti alıblarsa, hər ikisinin ədədi ortası - yəni ümumi müvəffəqiyyət göstəricisi müəyyənləşdirilsin və onun əsasında qiymətləndirmə aparılsın. Digər təklif ondan ibarət idi ki, tədris ilinin sonunda ilin yekun qiymətləndirilməsi həyata keçirilsin. Onsuz da dərslər tədricən bərpa olunur. Mən indiki nəticələri formal qiymətləndirmə hesab edirəm. Belə imtahanlar haqqında öncədən məlumat verilsəydi, daha məqsədəuyğun olardı. TƏBİB-in müəyyən etdiyi qaydalar çərçivəsində fevralın 1-dən sonra da imtahan etmək mümkün idi”.


Təhsil eksperti Nabatəli Qulamovsa deyir ki, səhvlərə müəllimlər yol veriblərsə belə, buna görə Təhsil Nazirliyi məsuliyyət daşıyır: “Nazirlik işi elə təşkil etməli idi ki, belə problemlər ortaya çıxmasın. Bu cür səhvlər qəbul imtahanlarında daha böyük faciələrlə nəticələnir; dövlət hesabına təhsil almalı olan gənclər məcburiyyət qarşısında ödənişli əsaslarla təhsil almağa məcbur olurlar”. 

Ekspert hesab edir ki, test suallarının hazırlanması işinə nazirlik yalnız yüksək qabiliyyətli müəllimləri cəlb etməlidir: 

“İllərdir müəllimlərin biliyinin dioqnostik qiymətləndirilməsi aparılır, amma sertifikasiya yoxdur. Yəni savadlı və savadsız müəllimlər eyni şərtlərdə dərs deyirlər”. 
Eyni zamanda, N.Qulamov Təhsil Nazirliyinin cavabını düzgün hesab etmədiyini, imtahanlarla bağlı şikayətlərin aidiyyəti üzrə yuxarı instansiyalaraa göndərilməli olduğunu bildirib: “Məsələn, Bakı məktəbindən şikayət Bakı Təhsil İdarəsinə göndərilməlidir”.

Nuranə Atakişiyeva
Aysel Əzizova


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo