Sosial

Şagirdlərin kompüter və internet problemi: Təhsil Nazirliyi petisiyayla bağlı sorğumuza cavab verir

7 Aprel, 2021
3721

Açıq mənbədən götürülüb

“Təhsil Nazirliyini hər bir məktəblini kompüter və internetlə təmin etməyə və bu tələbin icrasını şəffaf icra etməyə çağırırıq. Bu təminat mütəmadi icra edilməli, kompütersiz və internetsiz məktəbli qalmamalıdır”.

Bunu “Toplum TV”-yə “Hər məktəbliyə bir kompüter, hər məktəbliyə pulsuz internet!” petisiyasının  təşkilatçısı Murad Nəsibov deyib.

O qeyd edib ki, distant təhsilə əngəl olan texniki problemlərlə bağlı sosial mediada uzun zamandır müzakirələr getsə də, onların həlli üçün heç bir ciddi addım atılmır. M.Nəsirovun qənaətincə, Azərbaycanda kompüteri və interneti olmayan ailələrin sayı az deyil, xüsusən də ölkənin ucqar bölgələrində onlayn dərslərə qoşulmaq üçün imkanlar məhduddur: 

Murad Nəsibov - Sosial Media

“Bunu insanların ortalama aylıq gəlirlərinə və kompüterlərin ortalama qiymətinə baxaraq anlamaq elə də çətin deyil. Pandemiyaya görə dövlətin sosial yardım etdiyi insanların sayına və o yardımın həcminə baxdıqda da başa düşmək olar ki, bu ailələrin çoxunda kompüter yoxdur”. 

M.Nəsibov deyir ki, bu gün hər bir məktəblinin kompüterə və internetə pulsuz çıxış imkanına sahib olması vacib şərtdir, xüsusilə də ucqar yerlərdə və imkansız ailələrdə buna ehtiyac var: 

“Təhsil Nazirliyini hər bir məktəblini kompüter və internetlə təmin etməyə; ehtiyacın həcminin müəyyənləşdirilməsi, tender, məktəbliyə çatdırılma və sairə kimi məsələləri şəffaf icra etməyə çağırırıq. Bu təminat mütəmadi icra edilməli, kompütersiz və internetsiz məktəbli qalmamalıdır”.

Təhsil eksperti Kamran Əsədov petisiya təşəbbüsünün önəmli olduğunu düşünür. O, 2020-ci ilin mart ayından etibarən distant təhsilə keçmiş Azərbaycan təhsil sisteminin resurs baxımından ciddi problemlər yaşadığını qeyd edir: 

“İlk növbədə alətlər - kompüter, telefon, planşet, internet əlaqəsi problemi var. Regionlarımızda internetə çıxış təminatı olduqca aşağı səviyyədədir. Bu gün Azərbaycandakı 1.6 milyon şagirdin yalnız 65 faizi onlayn dərslərə qoşula bilir. Bu, çox aşağı göstəricidir. Hesab edirəm ki, bu təşəbbüs Azərbaycanda təhsilin əlçatanlığına xidmət edəcək”.

Kamran Əsədov - Sosial Media

Təhsil Nazirliyinin Mətbuat Xidməti “Toplum TV”-nin informasiya sorğusuna cavab olaraq bildirib ki, pandemiya dönəmində təhsilin əlçatanlığının təmin olunması üçün təşəbbüslər həyata keçirilib: “İlk növbədə yüksək peşəkarlığa malik müəllimlərin iştirakı ilə teledərslər layihəsinə start verildi. Dövlət televiziyasının bütün ölkəni əhatə etdiyi nəzərə alınaraq teledərslər vasitəsilə təhsilin əhatəliyi və əlçatanlığı təmin olundu. Nümayiş etdirilən bütün teledərslər sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin “video.edu.az” elektron portalında yerləşdirilir ki, bu da şagirdlər üçün əlavə imkanlar yaradır”. 

Nazirliyin cavabında qeyd edilir ki, daha sonra "Virtual Məktəb” layihəsinə start verilib, bu onlayn platformada 1,4 milyondan çox şagird qeydiyyatdan keçib, 2021-ci ilin yanvarında həftəlik dərslərin sayı 6 milyondan artıq olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib: 

“Onlayn dərslərə qoşulmaq üçün lazımi şəraiti olmayan müəllim və tələbələrin faydalanmaları üçün 17 region üzrə 28 məktəbdə internet-kompüter mərkəzləri fəaliyyət göstərir”.

Ancaq Təhsil Nazirliyi də etiraf edir ki, bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən distant tədrisə hələ də qoşula bilməyənlər var. Qurum problemlərin aradan qaldırılması və distant təhsil imkanlarından daha çox insanın faydalanması üçün dövlət və özəl qurumları əməkdaşlığa dəvət etdiyini və bərabər texnoloji imkanların yaradılması üçün mümkün dəstəyi göstərdiyini bildirir. 

“Qeyd edək ki, hazırda nazirliyin dəstək çağırışlarına qoşulan bir sıra şirkətlər uzunmüddətli kredit şərtləri və endirimli qiymətlərlə müxtəlif avadanlıqlar, internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlərsə güzəştli internet paketləri təqdim edirlər”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo