Sosial

Yol polisi yersiz siqnal verən sürücülərə xəbərdarlıq etdi

12 Mart, 2021
2610

Goget.com

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri yersiz səs siqnalı verərək əhalini narahat etməməyə çağırıb. 

Bu barədə martın 12-də Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilib.  

“Günün pik saatlarında küçə və prospektlərdə sıxlıq yaranarkən, işıqforda gözləyərkən, ötmə, dönmə əməliyyatları edərkən sürücülər yersiz halda səs siqnallarından istifadə edirlər. Bu  isə vətəndaşlarda, o cümlədən digər sürücülərdə  haqlı narazılıq yaradır. Yol polisi bu kimi hallara qarşı nəzarəti gücləndirir”,- Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd edilib.  

Məlumata görə, “Yol hərəkəti haqqında” qanunun  tələblərini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə 30 manat məbləğində cərimə olunacaqlar.

Bildirilib ki, qanun sürücülərə yaşayış məntəqələrində, şəhəriçi yollarda səs siqnallarından yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün istifadəyə icazə verir. Əks hal inzibati xəta tərkibi yaradır və 30 manat cərimə nəzərdə tutulur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo