Siyasət

Vaqif Əsədov təqaüdə göndərildi

13 iyun, 2022
2829

Açıq mənbələrdən götürülüb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilib. 

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 13-də əmr imzalayıb.

Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

V.Əsədov uzun müddətdir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub

21 noyabr 2026

Foto: VOA

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.  Bu barədə onun özü sosial media hesabında məlumat verib. Siyasətçinin sözlərinə görə, noyabrın 21-ə keçən gecə Berlinə uçmaq üçün Bakı Beynəlxalq Hava Limanına yollansa da, onun ölkəni tərk etməsinə icazə verilməyib. İ.Qəmbər ölkədən çıxışının məhdudlaşdırılması barədə özünə rəsmi izah verilmədiyini yazıb. O, konfransda iştirak üçün Berlinə uçmalı olduğunu bildirib və noyabrın 23-də Azərbaycana qayıdacağını göstərən təyyarə biletini də paylaşımına əlavə edib.  Bu ilin iyununda Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı da Azərbaycanı tərk etmək istəyərkən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib.  Azərbaycanda son illərdə bir sıra müxalif siyasətçilər, jurnalistlər və ictimai fəalların ölkədən...
Siyasət

Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”

21 noyabr 2026

Foto: Ülviyyə Əli

4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi məhkumları “döyür, ardınca cərimə kamerasına (“kars”) göndərir”.  Bu iddia “Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımovanın sözügedən həbsxanada saxlanılan məhkumlara istinadən qələmə aldığı yazısında yer alıb.  Aprel ayında 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elgiz İsmayılov ədliyyə naziri Fərid Əhmədovun əmri ilə vəzifəsindən azad olunub. Onun yerinə 5 il əvvəl də bu müəssisəyə rəhbərlik etmiş Vaqif İsmayılov təyin olunub. E.Qasımovanın yazdığına görə, V.İsmayılovun bu müəssisədə ilk rəisliyi 1 il 2 ay çəkib və o, çoxsaylı şikayətlərdən sonra vəzifəsindən azad olunub. O, məhkumlara istinadən əlavə edir ki, V.İsmayılov müəssisəyə qayıtdıqdan sonra məhkumlar önündə ilk çıxışında vaxtilə barəsində...

Seçilmiş Videolar

Toplum TV loqo