Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahələri üzərində federal nəzarət xidməti ("Roskomnadzor") hazırda həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının rəsmi saytını bloklayıb.
Bu barədə “Radio Svoboda” siyasətçinin komandasına istinadən xəbər verib. "Roskomnadzor"-un reyestrində isə bildirilir ki, blok Baş prokurorluğun 15 iyun tarixli qərarına əsasən tətbiq edilib.
Nəzarət xidmətinin iddiasına görə, məhdudiyyətin tətbiq edilməsinə səbəb saytda “kütləvi iğtişaşlara, ekstremist fəaliyyətə, mövcud qaydaların pozulması ilə keçirilən kütləvi tədbirlərdə iştiraka çağırışlar”ın olmasıdır.
İyulun 22-də Navalnının saytında Dövlət Dumasının sədri Vyaçeslav Volodinin ailəsinin biznesi haqqında araşdırmanın materialları dərc olunub. Yazıda qeyd olunur ki, spikerin qohumları ilə əlaqəli olan şirkətlər Moskvada tikinti üçün ərazilərin satılmasından 5 milyard rubl qazanıblar. Bu şirkətlərdən birinin sahibi Volodinin anası, digəri isə qaynatasıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Foto: sosial media
İran XİN 14 vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə: ‘Bu addım dostyana deyil’
açıq mənbə
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir