Le Monde
Rusiya İstintaq Komitəsi hazırda həbsdə olan müxalif siyasətçi Aleksey Navalnıya yeni cinayət işi çərçivəsində ittiham irəli sürüb. O, vətəndaşların şəxsiyyətinə və hüquqlarına qəsd edən təşkilat yaratmaqda günahlandırılır.
"Radio Svoboda"-nın verdiyi məlumata görə, siyasətçini bu maddə ilə əlavə üç ilə qədər azadlıqdan məhrum etmək cəzası gözləyir.
İstintaq Komitəsinin saytında yer alan iddiaya görə, Navalnı yaxın ətrafı Leonid Volkov və İvan Jdanovla birlikdə yaratdıqları təşkilatın adından və özlərinin şəxsi səhifələrindən insanları bu ilin yanvarında razılaşdırılmamış mitinqlərdə iştiraka səsləyiblər. Navalnı özü yanvarın 17-də Şeremetyevo hava limanında polis tərəfindən saxlanılıb və həbs olunaraq “Lefortovo” təcridxanasına salınıb.
Bundan əlavə, İstintaq Komitəsi xəbər verir ki, Navalnı Korrupsiyayla Mübarizə Kondunun yaradıcılarından biridir. Fondun fəaliyyəti, istintaqın mövqeyinə görə, “vətəndaşları qanuna zidd addımlara sövq etmək”dən ibarət imiş. Təşkilat Rusiyada əcnəbi agentlər siyahısına, daha sonra ekstremist təşkilatlar siyahısına salınıb və qadağan edilib.
Navalnı isə bu ilin fevral ayından həbs düşərgəsinə göndərilib. Hökmə əsasən, o, 2023-cü ilin payızında azadlığa çıxmalıdır. Volkov və Jdanov isə xaricdədirlər.
Navalnının cinayət təqibi hüquq müdafiəçiləri tərəfindən siyasi repressiya kimi qiymətləndirilir. Onun azad olunmasını Birləşmiş Ştatlar və Avropa Birliyi tələb ediblər. "Amnesty International" təşkilatı onu vicdan məhbusu elan edib. Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı da onu siyasi məhbus sayır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Foto: sosial media
İran XİN 14 vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə: ‘Bu addım dostyana deyil’
açıq mənbə
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir