Le Monde
Beynəlxalq insan hüquqları təşkilatı "Amnesty International" rusiyalı müxalif lider Aleksey Navalnının “vicdan məhbusu” statusunu bərpa edib.
Bu barədə mayın 7-də təşkilatın verdiyi bəyanatda bildirilib.
"Aleksey Navalnı heç bir konkret cinayəti olmadan, sadəcə özü və tərəfdarları üçün ictimai həyatda iştirak haqqını tələb etdiyinə və korrupsiyasız hökumət istədiyinə görə həbsxanaya salını”, - bəyanatda qeyd edilir və bunun “vicdan məhbusu” statusunun parametrlərinə uyğun gəldiyini vurğulanır.
Təşkilat müxalif liderin siyasi məhbus statusunu fevral ayında ləğv etmişdi. Bildirilirdi ki, o, keçmişdə zorakılığı dəstəkləyəcək və nifrəti qızışdıracaq bəzi fəaliyyətlər göstərib.
Qeyd edilib ki, Rusiya hökuməti təşkilatın qərarından Navalnının hüquqlarının daha da pozmaq üçün sui-istifadə edib.
Fevralın 2-də Moskvanın Simonovsk şəhər məhkəməsi Aleksey Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. “İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alındığından, siyasətçi həbsxanada 2,5 il cəza çəkəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Foto: sosial media
İran XİN 14 vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə: ‘Bu addım dostyana deyil’
açıq mənbə
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir