Reuters
Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı özünə qarşı ekstremizmlə bağlı yeni ittihamın irəli sürüldüyünü xəbər verib.
Bu barədə yazı mayın 31-də onun sosial şəbəkə hesablarında yayılıb.
“Sən demə, mən məmurlara və oliqarxlara qarşı nifrət oyandırmaq üçün ekstremist qrup yaratmışam. Məni tutanda isə narazı qalmaq cəsarəti göstərərək insanları mitinqlərə çağırmışam. Buna görə mənə əlavə 15 il yapışdırmaq istəyirlər”, - deyə yazıda qeyd edilib.
Navalnının sözlərinə görə, həbsdə olduğu düşərgəyə mayın 31-də müstəntiq gəlib və ona qarşı “rəsmi ittiham irəli sürüb”.
Siyasətçi işin təfərrüatlarını açıqlamayıb. Məlumdur ki, Rusiya İstintaq Komitəsi hələ 2021-ci ilin sentyabrında “ekstremist cəmiyyət”in yaradılması, Navalnı və tərəfdarlarının burada iştirakı barədə cinayət işi açmışdı.
O zaman İstintaq Komitəsinin bəyanatında deyilirdi ki, Navalnı və tərəfdarlarının yaratdıqları “ekstremist cəmiyyət”in fəaliyyəti “hakimiyyət orqanlarının gözdən salınmasına, regionlarda sabitliyin pozulmasına, hakimiyyətin zorakı yolla dəyişdirilməsinin labüdlüyü haqqında ictimai rəyin formalaşmasına, eləcə də kütləvi iğtişaşlara çevriləcək etiraz aksiyalarının təşkilinə və keçirilməsinə” yönəlib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Foto: sosial media
İran XİN 14 vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə: ‘Bu addım dostyana deyil’
açıq mənbə
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir