Dünya

“Newsweek”: ABŞ kəşfiyyatı Putinin səhhəti barədə hesabat hazırlayıb

3 İyun, 2022
3292

Açıq mənbələrdən götürülüb

ABŞ kəşfiyyatı Rusiya Prezidenti Vladimir Putinin irəliləmiş onkoloji xəstəlikdən apreldə müalicə kursu alması barədə hesabat hazırlayıb. 

Bu haqda sənədin məzmunu ilə tanış olan üç mənbəyə istinadən “Newsweek” xəbər verir. 

Hesabatda həmçinin deyilir ki, mart ayında Rusiya Prezidentinə sui-qəsd cəhdi olub (bunu Ukrayna kəşfiyyatı da xəbər verirdi). 

“Newsweek” yazır ki, bu, Vladimir Putinin səhhəti barədə Ağ Ev üçün hazırlanan dördüncü hesabatdır (hansı müddət ərzində, deyilmir). İki həftə əvvəl hazırlanan sənəd onu “ölümcül xəstə” kimi təsvir edirdi. Yeni hesabata görə, Putinin səhhətində müsbət dəyişikliklər baş verib.

Məqalədə bildirilir ki, hesabat müəllifləri həm də Rusiya prezidentinin foto və videogörüntülərini təhlil ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Özünü 5-ci nəsil F-35-dən məhrum edən Türkiyə 4-cü nəsil “Tayfun” alır

27 İyul 2025

Foto: açıq mənbə

Rusiyadan S-400 aldıqdan sonra F-35 proqramından çıxarılan Türkiyə hava gücü sahəsində nəinki İsrailin, hətta Yunanıstanın da gerisinə düşüb  Türkiyə öz hərbi aviaparkını yeniləmək istiqamətində mühüm addımlar atıb. İyulun 23-də İstanbulda keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində müdafiə naziri Yaşar Gülər və Böyük Britaniyanın müdafiə naziri Con Hili arasında Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarəsinin istifadəçisi kimi qəbul edilməsinə dair Anlaşma Memorandumu imzalanıb.  Eyni gün Almaniya hökuməti bu təyyarələrin Türkiyəyə satışına rəsmi icazə verib. 4-cü nəsil “Eurofighter Typhoon” təyyarəsi Britaniya, Almaniya, İtaliya və İspaniyanın daxil olduğu konsorsium tərəfindən istehsal olunur. İlk uçuş (prototip) 1994-cü ildə baş tutub, 1998-ci ildə seriya...
Dünya

Mixail Qusman Azərbaycana gəldikdən bir həftə sonra işindən azad edilib 

25 İyul 2025

Foto: president.az

Rusiyanın baş naziri Mixail Mişustin Mixail Qusmanı “TASS” agentliyinin baş direktorunun birinci müavini vəzifəsindən azad edib.  Müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc olunub. Qərarın səbəbləri açıqlanmayıb. “TASS”ın baş direktoru Andrey Kondraşov 75 yaşlı Qusmana agentlikdə keçirdiyi “30 illik yorulmaz fəaliyyəti üçün” təşəkkür edib və ona “yeni layihələr və yeni istedadlı komandalar” arzulayıb. Son günlərdə Qusman rusiyalı hökumətyönlü blogerlər tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin çıxış etdiyi Şuşa Qlobal Media Forumuna gəldiyinə görə tənqid olunub.  İyulun 19-da Xankəndidə keçirilən forumda Qusman Əliyevə sual verərək Azərbaycanın “tamamilə unikal xarici siyasət” həyata keçirdiyini vurğulayıb. “Mən başa düşürəm ki, sizdən bunu necə etdiyinizi soruşmaq,...

Seçilmiş Videolar

Toplum TV loqo