Dünya

ABŞ elçisi ilə görüşdən sonra razılıq: Belarus 25 “siyasi məhbus”u azad edəcək

16 Sentyabr, 2026
6

president.gov.by

ABŞ və Belarus siyasi məhbus hesab edilən 25 nəfərin azad edilməsi müqabilində bu ölkənin iki şirkətinə qarşı Amerika sanksiyalarının ləğvinə dair ilkin razılıq əldə ediblər.

Bunu Minskə səfərinin yekununda ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul bildirib. Razılıq “Lakokraska” və “Bellesbumprom” şirkətlərini əhatə edir.

Koulun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunub. 

O bildirib ki, danışıqlar davam edəcək və qalan məsələlər həll olunduqdan sonra daha çox insan azad ediləcək, ABŞ isə sanksiyaları yumşaltmağa davam edəcək.

Azad ediləcək 25 nəfərin kimliyi və nə vaxt buraxılacağı hələ açıqlanmayıb.

Lukaşenko ilə Koulun əvvəlki görüşləri nəticəsində 100-dən çox siyasi məhbus sayılan şəxs azad edilib, ABŞ isə Belarusa qarşı sanksiyaları yumşaldıb.

Sentyabrın 15-də ABŞ nümayəndəsi ilə görüşdə Lukaşenko ölkədə insanların siyasi motivlərlə təqib olunmadığını iddia edib. O, azad edilənlərin əvəzinə iki dəfə çox insanın saxlanıldığını bildirən xaricdəki belaruslu mühacirləri “yalan danışmaqda” ittiham edib.

Hüquq müdafiəçiləri isə siyasi motivli həbslərin və məhkəmə proseslərinin davam etdiyini bildirirlər. “Azadlıq Radiosu”nun Belarus xidmətinin məlumatına görə, sentyabrın 15-nə ölkədə 912 siyasi sayılan şəxs var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Almaniyada hərbi aviabaza yaxınlığına dron düşüb

16 Sentyabr 2026

Jens Schlueter/Getty Images

Almaniyanın Hannover şəhəri yaxınlığındakı hərbi aeroportun ətrafına dron düşüb. Onun qalıqları Aşağı Saksoniya əyalətindəki Ştaynhuder-Mer gölü ərazisində tapılıb. Yerli “Bild” nəşrinin məlumatına görə, polis dronun digər hissələrini axtarır. Aparatın kimə məxsus olduğu və hansı məqsədlə istifadə edildiyi hələlik müəyyənləşməyib. Hadisə yerindən bir kilometr məsafədə ölkənin Vunstorf hərbi aviabazası yerləşir. Almaniya Hərbi Hava Qüvvələrinin A400M nəqliyyat təyyarələri burada yerləşdirilib. Avqustun 5-də də Leypsiq hava limanında Ukraynaya məxsus nəqliyyat təyyarəsini hədəf aldığı bildirilən, lakin partlamayan dron tapılmışdı. Sonradan ərazidə daha iki dron aşkarlanmışdı. Almaniya hakimiyyəti həmin hadisədə Rusiyanın əli olduğunu bildirib. Daxili işlər naziri Aleksandr Dobrindtin sözlərinə görə, bu qənaət dronun texniki...
Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...

Seçilmiş Videolar

Toplum TV loqo