Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr, 2026
25

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib. 

Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib. 

"Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə, heç bir fakta əsaslanmadan günahsız insanları saxta ittihamlarla həbsə atmaqda ittiham edirəm. Mən sizi müstəqil medianı məhv etməyə çalışan vandallar və nəhayət, əsl cinayətkar, mütəşəkkil quldur dəstəsi olmaqda ittiham edirəm", - o deyib. 

Ü.Əli həbs olunduğu və evində axtarış aparıldığı zaman Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulduğunu bildirib. Onun sözlərinə görə, vəkillə təmin olunmayıb, axtarışda iştirak edən bütün polislərin adları protokolda qeyd olunmayıb, evinə polislər tərəfindən pul yerləşdirilib və şəxsi əşyaları müsadirə olunub. 

"30-dan çox həmkarımın saxta maliyyə cinayətlərində ittiham olunduğu dövrdə polisin evimə qoyduğu 6700 avronu mənim pulum kimi sırımağa çalışıblar. Pulu nə vaxt, necə gətirdiyimlə bağlı heç bir sübut yoxdur. Pullar “Meydan TV”-yə aiddirmi, bu da sübut olunmayıb. Lap tutalım pullar mənə məxsus idi. Azərbaycan hər zaman özünü regionun ən inkişaf etmiş, çiçəklənən dövləti hesab edir. Məgər 32 yaşlı insanın evində pul olması qəribədirmi?", - o sual edib. 

Jurnalist hazırda və yaxın keçmişdə müxtəlif cinayət əməllərində ittiham olunan vəzifəlilərin azadlıqda olduğunu xatırladıb. 

"5 milyon dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan Ruslan Eyyubov ev dustaqlığına buraxılıb. Adamın gərək səhhətinin də “əmisi” olsun! İnsanların evini başına uçuran “Melisa Group”un rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılaraq azadlıqdadır. Hadisə yerindən xəbəri işıqlandıran ilk jurnalistlərdən biri olan mən günahsız yerə həbsdəyəm. 18 kiloqram qızıl qaçaqmalçılığında ittiham olunan Sərhəd Xidmətinin əməkdaşları azadlıqdadır, Dubaydan 190 min manat dəyərində qızıl qaçaqmalçılığında ittiham olunan Gömrük Komitəsi əməkdaşları azadlıqdadır, “Location” gecə klubundakı partlayışda vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan FHN əməkdaşı azadlıqdadır, Dövlət Təhlükəsizliyi Xidmətinin korrupsiyada ittiham elədiyi general Əfqan Nağıyev belə azadlıqdadır", - o sadalayıb.

Ü.Əli çıxışının sonunda bir daha peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib. 

"Əgər bir ölkədə hakimiyyət müstəqil jurnalistikanı susdurmaq üçün mürtəce qanunlar qəbul edirsə və bu qanunlar onları döymək üçün “dəyənəyə” çevrilirsə, bəli, biz siyasi sifarişlə həbs olunmuşuq. Əgər bir ölkədə müstəqil jurnalistlər dövlətin saxtakarlıqlarını ifşa etdiyi üçün təqiblə üzləşirsə, boğazına bıçaq dirənirsə və ağzına güllə sıxılırsa, bəli, biz siyasi sifarişlə həbs olunmuşuq. Əgər bir ölkədə istintaq materialları hökumət medialarına servis edilərək müstəqil jurnalistlərdən cinayətkar yaratmaq şousuna çevrilirsə, bəli, biz siyasi sifarişlə həbs olunmuşuq", - o deyib. 

Növbəti məhkəmə prosesi sentyabrın 28-ə təyin olunub. 

"Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.

Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

İctimai fəal: “Bu hakimiyyət artıq mənim həyatımdan 1000 gündən çox oğurlayıb”

15 Sentyabr 2026

sosial media

6 il 6 ay azadlıqdan məhrum edilən ictimai fəal Rail Abbasov həbsinin üçüncü ildönümü ilə bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Yaxınlarının “Toplum TV” ilə bölüşdüyü müraciətdə Abbasov həbsini dostu, ictimai fəal Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə etməsi ilə əlaqələndirib. Abbasov B.Hacıyevin təşəbbüsü ilə keçirilən bir sıra ictimai aksiyalarda iştirak etdiyini yazıb. Onun sözlərinə görə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı könüllülərlə birlikdə orduya yardım toplayıb və yardımların hərbçilərə çatdırılmasında iştirak edib. Fəal bildirir ki, Hacıyev həbs olunduqdan sonra onun hüquqlarının müdafiəsi üçün yaradılmış komitədə fəal çalışıb: “Bəxtiyar Hacıyevin həbsindən 9 ay sonra məni də həbs etdilər. Görünür bu fəaliyyətim Bəxtiyar Hacıyevin həbsinə...

Seçilmiş Videolar

Toplum TV loqo