Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr, 2026
8

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub.

Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur.

Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb.

Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahim həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...
Siyasət

İctimai fəal: “Bu hakimiyyət artıq mənim həyatımdan 1000 gündən çox oğurlayıb”

15 Sentyabr 2026

sosial media

6 il 6 ay azadlıqdan məhrum edilən ictimai fəal Rail Abbasov həbsinin üçüncü ildönümü ilə bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Yaxınlarının “Toplum TV” ilə bölüşdüyü müraciətdə Abbasov həbsini dostu, ictimai fəal Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə etməsi ilə əlaqələndirib. Abbasov B.Hacıyevin təşəbbüsü ilə keçirilən bir sıra ictimai aksiyalarda iştirak etdiyini yazıb. Onun sözlərinə görə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı könüllülərlə birlikdə orduya yardım toplayıb və yardımların hərbçilərə çatdırılmasında iştirak edib. Fəal bildirir ki, Hacıyev həbs olunduqdan sonra onun hüquqlarının müdafiəsi üçün yaradılmış komitədə fəal çalışıb: “Bəxtiyar Hacıyevin həbsindən 9 ay sonra məni də həbs etdilər. Görünür bu fəaliyyətim Bəxtiyar Hacıyevin həbsinə...

Seçilmiş Videolar

Toplum TV loqo