Dünya

Almaniyada hərbi aviabaza yaxınlığına dron düşüb

16 Sentyabr, 2026
10

Jens Schlueter/Getty Images

Almaniyanın Hannover şəhəri yaxınlığındakı hərbi aeroportun ətrafına dron düşüb.

Onun qalıqları Aşağı Saksoniya əyalətindəki Ştaynhuder-Mer gölü ərazisində tapılıb.

Yerli “Bild” nəşrinin məlumatına görə, polis dronun digər hissələrini axtarır. Aparatın kimə məxsus olduğu və hansı məqsədlə istifadə edildiyi hələlik müəyyənləşməyib.

Hadisə yerindən bir kilometr məsafədə ölkənin Vunstorf hərbi aviabazası yerləşir. Almaniya Hərbi Hava Qüvvələrinin A400M nəqliyyat təyyarələri burada yerləşdirilib.

Avqustun 5-də də Leypsiq hava limanında Ukraynaya məxsus nəqliyyat təyyarəsini hədəf aldığı bildirilən, lakin partlamayan dron tapılmışdı. Sonradan ərazidə daha iki dron aşkarlanmışdı.

Almaniya hakimiyyəti həmin hadisədə Rusiyanın əli olduğunu bildirib. Daxili işlər naziri Aleksandr Dobrindtin sözlərinə görə, bu qənaət dronun texniki parametrlərinin və digər hibrid hücumlarda da istifadə olunmuş komponentlərinin araşdırılmasına əsaslanır.

Sentyabrın 1-də Almaniya Berlindəki “Rus evi”ni və Rusiyanın ölkədəki sonuncu baş konsulluğunu bağlamaq qərarını açıqlayıb. Cavab olaraq Moskva Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun və Rusiyadakı Höte mədəniyyət mərkəzlərinin fəaliyyətinə verdiyi razılığı geri götürüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo