Dünya

ABŞ: “İranın hərbi obyektlərinə zərbələr endirmişik”

13 İyul, 2026
19

Fema

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hava hücumundan müdafiə sistemlərinə, sahil radar məntəqələrinə, raket və pilotsuz uçuş aparatları komplekslərinə, həmçinin Hörmüz boğazında yerləşən kiçik hərbi gəmilərə zərbələr endirdiyini açıqlayıb.

CENTCOM-un bəyanatında bildirilir ki, Hörmüz boğazı qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan dəniz yoludur və İran bu boğaza nəzarət etmir.

Qurumun məlumatına görə, zərbələr nəticəsində Küveytdə yerləşən ABŞ hərbi bazalarındakı "HIMARS" və "Patriot" raket sistemləri, yanacaq çənləri, radiolokasiya stansiyası və raket anbarları da hədəfə alınıb.

İran mediası ölkənin Mərkəzi, Hörmüzqan və Xuzistan vilayətlərində, eləcə də Keşm və Çabahar şəhərlərində partlayış səslərinin eşidildiyini yazıb.

Xuzistan vilayətinin rəsmilərinin məlumatına görə, Mahşəhr şəhərinə endirilən zərbələr nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Bundan əvvəl "Axios" nəşrinin jurnalisti Barak Ravid "X" hesabında ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Tom Hokinsə istinadən yazmışdı ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən ticarət gəmilərinə atəş açıb.

SEPAH isə öz növbəsində Bəhreyndə yerləşən Şeyx-İsa hərbi bazasında helikopterlərin təmiri və texniki xidməti mərkəzlərini, "Boeing P-8A Poseidon" təyyarəsinin saxlanıldığı anqarı və pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzini vurduğunu açıqlayıb.

İyulun 11-i axşam saatlarında SEPAH ABŞ-nin bölgəyə müdaxiləsi başa çatanadək və əlavə göstəriş verilənədək Hörmüz boğazının bağlandığını rəsmən elan edib.

İran bildirib ki, gəmilər boğazdan yalnız Tehranla razılaşdırılmış marşrut üzrə, boğazın şimal hissəsindən keçə bilər. ABŞ və digər ölkələr isə bu mövqeyi qəbul etmirlər.
SEPAH-ın bəyanatından əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı Omanda danışıqlar aparıb. Görüşdə digər məsələlərlə yanaşı, Hörmüz boğazında gəmiçiliyin təşkili də müzakirə olunub. Danışıqların yekununa dair rəsmi açıqlama verilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Avropa İttifaqı uşaqlara sosial mediaya girişi məhdudlaşdırmağa hazırlaşır 

13 İyul 2026

European Commission

Avropa İttifaqı (Aİ) uşaqların sosial mediaya girişini məhdudlaşdırmağa hazırlaşır.  Bunu iyulun 13-də Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib.  "Platformalara yaşa uyğun məhdudiyyətlərin tətbiq edilməsinin zəruri olduğu tamamilə aydındır. Məsələ uşaqların sosial mediaya çıxışının olub-olmaması deyil. Məsələ sosial medianın uşaqlarımıza nə vaxt və hansı şəraitdə çıxış əldə edə bilməsi ilə bağlıdır," - o bildirib. Von der Leyen ötən il sosial medianın zərərləri ilə mübarizə aparmaq məqsədilə topladığı ekspertlər qrupunun hazırladığı hesabatı da təqdim edib. Hesabatda tövsiyə olunur ki, 13 yaşdan kiçik uşaqların yalnız məhdud vaxt ərzində və valideyn nəzarəti altında sosial mediaya girişinə icazə verilsin. Ekspertlər qrupu həmçinin tövsiyə...
Dünya

NATO Baltik səmasında təhlükə yaradan hərbi təyyarələrin vurulmasına icazə verdi

10 İyul 2026

NATO Air Command

NATO Baltik ölkələrinin hava məkanını patrul edən hərbi hava qüvvələrinin missiyasının statusunu genişləndirir. Yeni qərara əsasən, NATO qırıcılarının pilotları hava məkanını pozan və təhlükə yaradan pilotsuz uçuş aparatlarını, eləcə də hərbi təyyarələri siyasi icazə almadan vurmaq səlahiyyəti alacaqlar. "NATO Baltik ölkələrinin hava məkanının patrul missiyasını hava hücumundan müdafiə missiyasına çevirir. Bu, Alyansa daha böyük çeviklik qazandıracaq və havadan gələn təhdidlərə daha sürətli reaksiya verməyə imkan verəcək", - Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "X" hesabında yazıb. Nazir bildirib ki, Estoniyadakı "Əmari" aviabazası bundan sonra NATO-nun rəsmi əməliyyat bazası kimi fəaliyyət göstərəcək. Estoniyanın müdafiə naziri Hanno Pevkur isə ERR-ə deyib ki,...

Seçilmiş Videolar

Toplum TV loqo