Dünya

Netanyahu: "Əsas missiyamız İranda rejim dəyişikliyidir, buna yaxınıq"

4 Sentyabr, 2026
92

sosial media

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin əsas missiyasının İranda rejim dəyişikliyi olduğunu deyib. 

O, bunu sentyabrın 3-də Təl-Əvivdə keçirilən forumda dilə gətirib. 

"Rejim artıq sarsılır. O, heç vaxt olmadığı qədər zəifdir. Rejim öz mövcudluğunu qorumaq uğrunda mübarizə aparır", - Netanyahu qeyd edib. 

“Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq, başqa sözlə, bu rejimi devirmək gücündə olduğumuza əminəm. Qarşıda bizi hələ də gözləyən əsas missiya məhz budur, amma bu məqsədə artıq yaxınıq. Bu, mümkünsüz deyil. Buna nail olmaq əlimizdədir", - o əlavə edib. 

Bu ilin fevralın sonunda İsrail ABŞ ilə birlikdə İrana havadan hücumlar həyata keçirməyə başlayıb. Apreldə tərəflər arasında atəşkəs əldə olunsa da, münaqişə başa çatmış hesab olunmur. 

Münaqişənin ilk günlərindən ABŞ rəsmiləri İranla bağlı müxtəlif hədəflər səsləndirsə də, rejim dəyişikliyini istisna ediblər. Qeyd olunan hədəflərə İranın nüvə silahına malik olmaması, raket sistemlərinin məhv edilməsi və başqaları daxil idi. 

ABŞ prezidenti Donald Tramp isə bir neçə dəfə çıxışlarında İranda rejim dəyişikliyinin artıq baş verdiyini iddia edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo